Hadisə
03 Mart 2021 17:15
Dəhşət: 9 futbolçu qəzada öldü
Sierra Leonenin "Makkari" klubunda faciə yaşanıb.
Yenisabah.az xəbər verir ki, Batkanu şəhərindən Makeniyə qayıdan komandanın yer aldığı mikroavtobus qarşıdan gələn yük maşını ilə toqquşub. Nətivədə 9 futbolçu və 1 məşqçi vəfat edib.
20-dən çox oyunçu hadisə nəticəsində xəsarət alıb. Onların bəzilərinin vəziyyəti ağırdır.
FIFA və ali futbol qurumunun prezidenti Canni İnfantino dünyasını dəyişənlərin ailələrinə və yaxınlarına başsağlığı verib.