Çörək insanın qatilidir? - "Əsas səbəb qlütendir"

Çörək insanın qatilidir?  - "Əsas səbəb qlütendir"

Çörək insanın qatilidir? - "Əsas səbəb qlütendir"

Çörək bahalşmazdan əvvəl də bu vacib qidadan imtina edənlər sayında müəyyən artım müşahidə olunurdu. Bu imtinanın isə bir əsas səbəbi vardı: çörəyin zərərli olması iddiası.

Doğrudanmı çörəyin insan orqanizmi üçün hansısa zərəri var?

İnsanlar çörək yemədən yaşaya bilərlərmi?

Dietoloq Şəfa Yadigarova mövzu ilə bağlı Polemika.az-a açıqlamasında qeyd edib: “İnsanlar çörəkdən imtina etsələr belə, çörəyi əvəz edəcək qidalar istehlak etməlidir”

Onun sözlərinə görə, hazırda satışda olan çörəklərin hamısı rafinəolunmuş məhsullardır. “Eyni zamanda, çörəyin tərkibində qlüten, yəni yapışqana bənzər maddə var. Bu maddə bir çox insanların ağır çəkidən əziyyət çəkməsinə və allergik proseslərə səbəb olur”.

Dietoloq əlavə edib: “Bəziləri deyir ki, arıqlaya bilmirəm, daim üzümdə sızanaqlar olur, səpkilərdən, qəbizlikdən, bağırsaq problemlərindən əziyyət çəkirəm və s. Bu problemlərin əsas səbəbi qlütendir.

Əgər çörək tam şəkildə buğdadan hazırlanıbsa, rafinə olunmayıbsa və şəkər qatqıları yoxdursa, o zaman faydalı ola bilər. Hazırda satışda çox nadir hallarda bu cür çörək tapmaq olur. Çörək hazırlanmasında istifadə olunan maya da zərərli maddə hesab olunur.

Bir sözlə, çörək faydadan daha çox zərər gətirir”.

Şəfa Yadigarova çörək əvəzinə düyü, yulaf sıyığı yeməsini məsləhət görüb:

“Demirəm ki, insanlar çörəkdən tamamilə imtina etsin. Lakin çörəkdən imtina edən qəliz karbohidratlarla əvəz etməlidir. Məsələn, menyusunda səhər yeməyi üçün sıyıqlar ola bilər. Yulaf, düyü, qarabaşaq və s. də məsləhətdir. Bu zaman insanlar lazımi bədən formasında olacaq”.

Mehri QURBAN

Çörək insanın qatilidir? - "Əsas səbəb qlütendir"