Çexiyada yeni baş nazir təyin olundu

Çexiyada yeni baş nazir təyin olundu

Çexiyada yeni baş nazir təyin olundu

Çexiya prezidenti Miloş Zeman “Birlikdə” partiya koalisiyasının və sağçı liberal Vətəndaş Demokratik Partiyasının lideri Petr Fialanı respublikanın baş naziri təyin edib.

Polemika.az TASS-a istinadən xəbər verir ki, bununla bağlı Dövlət başçısının Praqa yaxınlığındakı Lanı qəsəbəsindəki bağ iqamətgahında təntənəli mərasim olub.

Mərasim yerli telekanallar tərəfindən canlı yayımlanıb.

Koronavirusa yoluxan Zeman xəstəxanada olduğu üçün mərasimə prezident administrasiyasının rəhbəri Vratislav Minarj rəhbərlik edib.

Çexiyada yeni baş nazir təyin olundu