Çempionlar Liqasında bütün 1/4 finalçılar bəlli oldu

Çempionlar Liqasında bütün 1/4 finalçılar bəlli oldu

Çempionlar Liqasında bütün 1/4 finalçılar bəlli oldu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.

Polemika.az xəbər verir ki, bununla da 1/4 finalın son iki iştirakçısı müəyyənləşib.

İspaniya "Vilyarreal"ı İtaliyada "Yuventus"un qonağı olub. Qarşılaşma "sarı sualtı qayığ"ın 2:0 hesablı qələbəsi ilə başa çatıb. İlk görüşdə 1:1 hesablı heç-heçə qeydə alındığından ispaniyalar növbəti mərhələyə adlayıblar.

Gecənin digər oyununda İngiltərənin "Çelsi" klubu Fransada "Lill" komandası ilə qarşılaşıb. İlk matçda rəqibini 2:0 hesabı ilə məğlub edən "zadəganlar" cavab görüşündə də qələbə qazanıb - 2:1. 

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

16 mart

00:00. "Yuventus" (İtaliya) - "Vilyarreal" (İspaniya) - 0:3

Qollar: Jerar Moreno, 78 (pen.). Pau Torres, 85. Arno Qrüneveld, 90+2 (pen.)

Baş hakim: Şimon Marçinyak (Polşa)

İlk oyun - 1:1

 

00:00. "Lill" (Fransa) - "Çelsi" (İngiltərə) - 1:2

Qollar: Burak Yılmaz, 38 (pen.) - Kristian Pulişiç, 45+3. Sesar Asplikueta, 71

Baş hakim: Davide Massa (İtaliya)

İlk oyun - 0:2.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və "Atletiko" (Madrid), həmçinin Almaniyanın "Bavariya" və Portuqaliyanın "Benfika" klubları 1/4 finala vəsiqə əldə edib. Bu mərhələnin püşkatma mərasimi martın 18-də keçiriləcək.

Çempionlar Liqasında bütün 1/4 finalçılar bəlli oldu