Çempionlar Liqası: “Atletiko” və “Benfika” 1/4 finalda

Çempionlar Liqası: “Atletiko” və “Benfika” 1/4 finalda

Çempionlar Liqası: “Atletiko” və “Benfika” 1/4 finalda

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunları davam edir. 

Polemika.az xəbər verir ki, bu gün daha 2 cavab görüşü keçirilib. "Mançester Yunayted" doğma meydanda "Atletiko" (Madrid) ilə üz-üzə gəlib. 1:0 hesabı ilə qalib gələn Madrid təmsilçisi növbəti mərhələyə yüksəlib. Komandalar arasında ilk oyunda qalib müəyyənləşməmişdi - 1:1.

Gecənin digər matçında isə "Ayaks" "Benfika"nı qəbul edib və 0:1 hesabı ilə uduzub.  Bu nəticə ilə Portuqaliya təmsilçisi növbəti mərhələyə adını yazdırıb. Lissabondakı ilk matçda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Qeyd edək ki, daha əvvəl İngiltərənin "Liverpul" və "Mançester Siti", İspaniyanın "Real Madrid" və Almaniyanın "Bavariya" klubları 1/4 finala vəsiqə əldə edib.

UEFA Çempionlar Liqası, 1/8 final

Cavab oyunları

15 mart

00:00. "Mançester Yunayted" (İngiltərə) - "Atletiko" (Madrid, İspaniya) - 0:1

Qol: Lodi, 41

Baş hakim: Slavko Vinçiç

İlk oyun - 1:1

00:00. "Ayaks" (Niderland) - "Benfika" (Portuqaliya) - 0:1

Qol: Nunez, 77

Baş hakim: Karlos del Serro

İlk oyun - 2:2

Çempionlar Liqası: “Atletiko” və “Benfika” 1/4 finalda