Çavuşoğlu israilli vəzifədaşına zəng etdi

Çavuşoğlu israilli vəzifədaşına zəng etdi

Çavuşoğlu israilli vəzifədaşına zəng etdi

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu israilli vəzifədaşı həmkarı Yair Lapidə zəng edib.

Polemika.az "JPost"a istinadla xəbər verir ki, bu, iki ölkənin baş diplomatları arasında son 13 ildə ilk telefon danışığıdır.

Türkiyə Xarici İşlər Nazirliyi telefon söhbəti ilə bağlı məlumat yaymayıb.

Bu, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın İsrailə dost münasibət göstərməsindən bir neçə gün sonra baş verib.

Ərdoğan prezident İsaak Hersoqla görüşə biləcəyini xatırladıb və baş nazir Naftali Bennetin müxtəlif səviyyələrdə mesajlar göndərdiyini deyib. O, həmçinin ABŞ-ın Yunanıstan, İsrail və Kiprə "EastMed" qaz kəmərinin inşası ilə bağlı birgə planlarını dəstəkləmədiklərini bildirməsindən sonra Türkiyə ərazisindən Avropaya qaz kəməri üzərində İsraillə işləməyə hazır olduğunu bildirib.

Qüdsdəki mənbə hersoqun Türkiyəyə səfəri ilə bağlı danışıqların getdiyini təsdiqləyib. Mənbə vurğulayıb ki, Qüds-Ankara münasibətlərinin yaxşılaşması İsrailin Türkiyənin tarixi müxalifləri olan Yunanıstan və Kiprlə müttəfiqliyi hesabına olmayacaq.

Çavuşoğlu israilli vəzifədaşına zəng etdi