“Bəlkə, evində quru çay yoxdur?” - "Ayıbdır, olmaz!"

“Bəlkə, evində quru çay yoxdur?”

“Bəlkə, evində quru çay yoxdur?” - "Ayıbdır, olmaz!"

“Çağırılmamış qonaq” ifadəsinin mənası hər kəs üçün başadüşüləndir. Söhbət təklikdə, yaxud ailəlikcə harasa getməyi planlaşdırdığın, yaxud hansısa məişət problemini həll etmədiyin an qapının qəfil döyülməsi, “qonaq-qara qəbul etməzsiz?” deyə içəri soxulan tanışlar, ya da qohumlardan gedir. Mentalitetimizə yaxın olan ölkələrdə, o cümlədən İranda, Türkiyədə ev sahibindən dəvət almadan kimsə kimsənin qapısını döymür. Azərbaycanda yazılmamış əks qayda, ənənə necə ləğv edilsin?

Mövzu ilə bağlı Polemika.az-a açıqlama verən sabiq deputat, yazıçı-publisist Xeyrəddin Qoca bildirib:

“Qonaq gedilən evin sahibi müəyyən hazırlıq görməlidir, qabaqcadan biş-düş etməlidir. Bəlkə, o adamın evində heç quru çay yoxdur? Ona görə də, qonaq getməzdən əvvəl xəbərdarlıq edilməlidir.

Deyəcək ki, evdə yoxam, başqa ölkədəyəm. Necə qonaq gedəcəksən? Bu ümumiyyətlə, böyük bir mədəniyyətdir, etikadır. Qonaq getməzdən bir neçə gün əvvəl xəbərdar etmək lazımdır. Bəlkə, həmin günü vacib işim var, qapını açıb, iş-gücünün dalınca getmək istərkən, görürsən ki, qonağın gəlib. İş-güc qalır qıraqda, qonağı qarşılayırlar ki, ayıbdır, sonra söz-söhbət olar. Bəs qonaq etdiyi ayıb deyil?!

Ümumiyyətlə, menatlitetimizdə çatışmayan çox cəhətlər var. “Dünya mədəniyyətindən çox geridəyik” demək doğru olmaz, amma adət-ənənələrimizdə yer alan pis xüsusiyyətlərin aradan qalxmasını istərdim. Milli qürurumuz, şərəfimiz, qonaqpərvərliyimiz, istiqanlığımız var, bu olmalıdır. Ama bizə yaraşmayan xüsusiyyətlərin aradan qalxmasını istəyərdim”.

Ayzel

“Bəlkə, evində quru çay yoxdur?” - "Ayıbdır, olmaz!"