Burda bütün evlər bir-birinə oxşayır - Reportaj

Burda bütün evlər bir-birinə oxşayır - Reportaj

- Gilas ağacının dibinə su tökərsən. Bax, yadından çıxmasın, ha!

Yerimdən hövlnak qalxdım. Rəhmətlik atam çoxdandı yuxuma girmirdi. Görünür, Cəbrayıla gedəcəyim ona da agah olub.

Gecə saat iki idi. Yol yoldaşım, dostum, həmkarım Əfqan Qafarlının məni götürməsinə hələ 3 saat qalırdı. Yatmaq lazım idi. Amma nə illah elədimsə, gözümə yuxu getmədi. Cəbrayıla gedən adamın da gözünə yuxu gedər?..

...Səhər saat 6-dır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Cəbrayıl və Qubadlı rayonlarına səfərə gedən jurnalistlər Bakı Su İdman Sarayının qarşısına toplaşıblar. Gözüm saatın əqrəblərində qalıb. Səbrimi basa bilmirəm: “Niyə getmirik?”

“Unikal” qəzetində çalışan həmkarım Famil Fərhadoğlu izahat verir: “Adı siyahıda olan jurnalistlərin bəziləri hələ gəlməyib”.

Qeyri-ixtiyari səsimi qaldırıram: “Onların adını “qara siyahı”ya salın. Belə məsuliyyətsiz adamları bir də Cəbrayıla aparmayın!”

Ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin gəlişi nigarançılığa son qoyur. Salam-kalamsız mətləbə keçirəm: “Müəllim, getmirik?”

Gülə-gülə cavab verir: “Bu dəqiqə çıxırıq. Siz 1 nömrəli avtobusa minin. Mən də gəlirəm. Eyni avtobusda gedəcəyik”.

Köhnə xasiyyətimdən əl çəkmirəm: “Nazir müavini də jurnalistlə eyni avtobusa minərmiş. Ölmədik bu günü də gördük”.

Cəbrayıldan çıxanda 18 yaşım vardı, üzümə yenicə ülgüc dəymişdi. İndi saqqalımda ağ tüklərin sayı qara tüklərin sayından çoxdur.  Qəribədir, amma yenə özümü 18 yaşlı gənc kimi aparırdım. Etiraf edirəm, avtobusda məndən çox danışan yox idi. Arabir sağ tərəfimdə əyləşən həmkarıma - Rupor.az saytının əməkdaşı Dilşad Xaqaniqızına  tərəf çevrilirəm: “Başın ağrımır ki?”

Əl-ayağa düşür: “Yoox. Nə danışırsınız? Çox maraqlıdır. Sizə qulaq asanda elə bilirəm nə vaxtsa Cəbrayılda olmuşam”.

Bizimlə eyni avtobusda yol gedən 10-12 nəfərin təxminən yarısını tanımıram. Buna görə də tez-tez yerimdən qalxıb “köhnə qvardiya”nın nümayəndələrinə - Jalə Mütəllimliyə və Aygün Muradxanlıya yaxınlaşıb Cəbrayıllı günlərimdən danışıram. Gənc, qoçaq, üstəlik içimizdə hamıdan daha pozitiv təsir bağışlayan həmkarım Xəyalə Rəis məni daha yaxşı eşitmək üçün yerini dəyişir.

İşğaldan sonra bir neçə dəfə Qarabağda ezamiyyətdə olduğu üçün bölgəni yaxşı tanıyan Firdovsi müəllim sözümə qüvvət verir: “Qarabağ gözəlliklər diyarıdır. Cəbrayılın ərazisinə daxil olanda özünüz bunun şahidi olacaqsınız”.

Cocuq Mərcanlı kəndinə daxil olanda Əfqan Qafarlı titrək səslə soruşur: “Mənə evimizi görməyə icazə verəcəklər?”

Cavabım belə olur: “Mənə icazə verməsələr, aradan çıxacam”.

Məni sakitləşdirməyə çalışır: “Avtobus Soltanlıdan keçəcək. Üstəlik, sizin eviniz yolun kənarında yerləşir. Narahat olma, evinizi görəcəksən”.

Gözlərimi dörd açıb avtobusun pəncərəsindən Lələtəpədə dalğalanan üçrəngli bayrağımıza tamaşa edirəm.

Birdən sevincək dillənirəm: “Cənab Prezident özü bizim kənddə olub. Kənd təsərrüfatı naziri İnam Kərimov da türkiyəli həmkarı Bəkir Pakdemirlə birlikdə Soltanlıda xaşa toxumu əkib. Kəndimizdə yüz hektardan artıq əkin aparılıb. Soltanlıda mina yoxdur. Hamılıqla bizə qonaq gedərik”.

Böyük Mərcanlı kəndində karvan dayanır. Təbiət etibarı ilə sakit və təmkinli adam olan Əfqan Qafarlı hamıdan əvvəl yerə düşür. Hələ avtobusdaykən onun hayqırtısını eşidirəm: “Bura bizim kəndimzidir! Bura Böyük Mərcanlıdır!”

ETSN-nin sözçüsü İradə İbrahimova media-tur iştirakçılarından dönə-dönə xahiş edir ki, ANAMA əməkdaşlarının sözündən çıxmasınlar...

Nazir müavini Firdovsi Əliyev, ETSN-nin digər rəsmi şəxsləri kənddə törədilmiş ekoloji fəlakət barədə jurnalistlərə ətraflı məlumat verirlər. Sonra Əfqan müəllim öz təəssüratlarını başına yığımış həmkarlarıyla bölüşür...

Cəbrayıl ulu çinarların məskəni sayılırdı. Rayonumuzda min hektarlarla tut bağları olub. İndi onlardan heç bir nişanə qalmayıb. Bunları bildiyim üçün ayaqüstü brifinqə qoşulub juranlsitlərin yerini dar etmək istəmirəm.

Növbəti dayanacağımız Əmirvarlı kəndidir. Əmirvarlıya daxil olanda əslən bu kənddən olan gözəl ziyalımız Əyyub Quliyevdən zəng gəlir. Qısa telefon danışığından Xəyalə sonra məndən Əyyub müəllimin niyə zəng etdiyini soruşur. Deyirəm ki, evlərini çəkməyimi istəyir.

Aramızda belə bir dialoq baş verir:

- Çəkəssən?

- Necə çəkim? Axı evlərinin yerini bilmirəm. Bir də ki, burda bütün evlər bir-birinə oxşayır. Namərd ermənilər hamısını viran qoyublar...

- Çəkmə. Yaşlı adamdır, baxıb pis olar.

- Ehh, bu 28 ildə yaxşı günümüz olub ki...

Əmirvalı bizim qonşu kənddir. Məni bu gözəl kəndlə çoxsaylı xatirələr bağlayır. Əmioğlu Elnurla Vqif həkimin evində o qədər qonaq olmuşuq ki! Bəzən yumağa belə lüzum görmədiyimiz o şirin meyvələrin dadı hələ də damağımdan getməyib...

Bu da tarixə şahidlik edən Ulu Çinar! Bu çinarın 800 yaşı var. Qəddar düşmən onun dibinə balta çalmaqdan utanmayıb. Həm də təbiət düşməni olan ermənilər çinarı kəssələr də yenidən pöhrələyib, qol-budaq atıb, böyüyüb. Mənfur düşmən bu torpaqlardan izimizi silə bilməyib. Dünən izimiz vardı, bu gün özümüz varıq!

Bu da alimlər kəndi qədim Soltanlı! Başımı ata yurdumun xarabalıqlarına söyukəyib doyunca ağlayıram. Özümə gələndə üzümü yol yoldaşım, həmkarım Jalə Mütəllimliyə tuturam: “Ay bajı, evimizə xoş gəlmisən! Ürəyin nə istəyir? Səni nəyə qonaq edim?”

Suala sualla cavab verir: “Ay Seymur, bir az əvvəl yemədikmi? Bax, burda qaz piltəsi var. Yəqin mətbəx olub...”

Təcrübə öz sözün deyir. Sağ ol, Jalə! Sən də bilirsən ki, uçub-dağılmış bu daşların arasında nəsə tapmaq mümkün deyil. Anlayışın üçün sağ ol!

Dayan! Tapdım! Səni həyətimizin qanqalına qonaq edəcəm.

Tez-tələsik əl boyda qanqal dərib qabığını təmziləyirəm. Sonra əllərim əsə-əsə Jaləyə uzadıram.

“Ata malı kimi böləcəyik”, - deyib, yarısını mənə uzadır. Sonra da belə deyir: “Çox dadlıydı. Elə bil bir quzu yedim”.

Sonra onu məhləmizlə tanış edirəm: “Bu ikimərtəbəli ev bizim idi. Ermənilər 28 ildi dağıtsalar da, yarısı yerində durur. Soldakı ev Həsən, bir az aşağıdakı ev isə İbrahim əmimin olub. Bax, orda nəhəng tut ağacı, bir az aşağıda isə qollu-budaqlı qoz ağacımız vardı. Həyətimizdə yüzdən çox meyvə ağacı vardı. Ermənilər hamısını kəsiblər”.

Getmək vaxtıdır. Jalənin narahat baxışlarını üzümdə hiss edəndə bunu daha yaxşı anlayıram. Sağa-sola boylandığımı görəndə nə axtardığımı soruşur.

Titrək səslə soruşuram: “Burda gilas ağacı görürsən?”

Təəccüblə üzümə baxır. Bəlkə də ürəyində havalandığımı fikirləşir. Onu çox intizarda qoymuram: “Atam yuxuma girmişdi. Dedi ki, gilas ağacının dibinə su tökərsən...”

Heç nə demir. Özümə söz verirəm ki, Soltanlıya köçəndə ilk işim gilas ağacı əkmək olacaq. Həm də ağ gilas! Üzümüzü ağardan Qələbənin şərəfinə məhz ağ gilas!

... Avtobus karvanı Cəbrayılın Arazboyu kəndlərini arxada qoyub Qubadlıya doğru yön alır. Yolun hər iki tərəfində boy-boya verən nazlı lalələrin yaratdığı möhtəşəm mənzərə qəlbimizi riqqətə gətirir.

Nəhayət, Bərgüşadla Həkəri çaylarının qovuşduğu məşhur məkana çatırıq. Burda təbiət insanı özünə valeh edir. Çayların bir-birinə qarışan həzin şırıltısı ruhumuza sığal çəkir, 6-7 saatlıq yorğunluq canımızdan çıxır. Əl-ələ verib Bərgüşadın sularına 2 min farel balığı buraxırıq. Nə gözəl hissdir! Öz çayımızda öz balığımız üzəcək...

Hava qaralanda geri qayıdırıq. Soltanlıdan keçəndə kəndimizin xarabalıqlarının üzərinə zülmət qaranlığın çökdüyünü görürəm. İçimə kədər hopur. Qarmaqarışıq hisslər keçirirəm. Amma bu uzun çəkmir. Bu yerlərə yaxşı bələd olduğum üçün dəqiq bilirəm: səhər ertədən günəş yenə yurdumuza qonaq gələcək. Onun al-əlvan şəfəqləri yenə kəndimizi nura boyayacaq. Biz qayıdandan sonra isə işıqlarımız heç vaxt sönməyəcək. Yollarımıza nur çiləyəcək...

Seymur VERDİZADƏ

Bakı-Cəbrayıl-Qubadlı-Bakı

 

Related Posts

Xəbərlər

Hindistanda koronavirusla bağlı yeni antirekord qeydə alındı

12:20

Mağazadan siqaret və qızıl oğurlayan qohumlar saxlanıldı

12:00

İranın Ali lideri: “Seçkilərə müdaxilə etməyəcəyəm”

11:50

Gecə işləyən çayxananın fəaliyyəti dayandırıldı

11:30

Makrona ünvanlanan anonim məktublar - Fransa prezidenti hədələnir

11:20

Mehriban Əliyeva Qarabağa növbəti səfərdən görüntülər paylaşdı - Video

11:20

İşğaldan azad olunan ərazilərə keçməyə cəhd edənlər saxlanıldı

11:10

Şuşada “Xarıbülbül” festivalı başlayır

11:00

Bayden İrana qarşı sanksiyaları aradan qaldıracaq? - “Demokratlar”dan təklif...

11:00

Bu gün Ramazan ayının sonuncu günüdür

11:00

Bu gündən Şuşada “Xarıbülbül” festivalı başlayır

10:50

Aktrisanın bu görüntüləri tənqidə səbəb oldu - Fotolar

10:45

Dünyanın ən qoca aktyoru vəfat etdi

10:30

Forpost Ermənistanın başqa yolu yoxdur - Zəngəzur dəhlizi açılmasa...

10:30

Ermənilər Paşinyanı siçovula bənzətdi

10:10

Peru mətbuatı Qarabağdakı erməni vandalizmindən yazdı

10:00

İsraillə HƏMAS arasında yeni müharibə: Yüzlərlə yaralı, 50-yə yaxın ölən var + VİDEO

09:40

Prospektdəki yol qəzası tıxaca səbəb oldu

09:25

“Dakar“ ralli-marafonunun keçiriləcəyi yer açıqlandı

09:20

BMT Təhlükəsizlik Şurasının təcili iclası çağırılır - SƏBƏB

09:10

“Formula-1”: Türkiyə mərhələsi ləğv olundu

00:30

Kazanda məktəbə hücum zamanı sinif otağından çəkilən görüntülər yayıldı - Video

00:25

Bədəninizin bu iki hissəsində ağrı var? - XƏRÇƏNG əlamətidir

00:20

“Əlimdə sevgili namizədlərimin uzun siyahısı var” - Ancelina Coli

00:10

Azərbaycanlı güləşçi Tokio Olimpiadasında Ukraynanı təmsil edəcək

23:20

İsrail Qəzza zolağına eyni anda 80 təyyarədən zərbə edirdi

23:00

Uyğur türklərini zorla işlədərək “iPhone” istehsal edirlər?

22:50

“Zəfər” musiqi müsabiqəsinin qaliblər bəlli oldu - Fotolar

22:30

Ombudsman Səbinə Əliyeva tatarıstanlı həmkarına başsağlığı verdi

22:20

Ermənistanda vəzifəli şəxslər həbs edildi

22:00

Ramazanın 29-cu gününün duası - İmsak və iftar vaxtları

21:55

Qarabağda ac ermənilərin üsyanı gözlənilir - Bundan yararlanmaq olarmı?...

21:40

Türkiyədə daha 278 nəfər koronavirusdan öldü - Foto

21:20

Heydər Əliyevin Belqrad və Buxarestdəki abidəsi ziyarət edildi - Fotolar

21:20

“Tək ev qızı, ev gəlini sənsən?!” - Müğənnilər arasında qalmaqal böyüyür

21:05

“Ermənistan minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verəcək” - Edqar Kazaryan

21:00

SOCAR Türkmənistandakı beynəlxalq forumun əsas tərəfdaşı oldu

21:00

“Ermənistanı minalanmış ərazilərin xəritələrini Azərbaycana təhvil verəcək” - Edqar Kazaryan

20:40

Balakəndə avtomobil çaya düşdü, üç nəfər xəsarət aldı

20:25

“Gücünü şişirdərək cəmiyyətə təqdim edir, nüfuzu çox aşağıdır...” - Koçaryanın şansı yoxdur

20:20

“WhatsApp”dan xəbərdarlıq: Mayın 15-dən sonra bu istifadəçilər...

20:00

Bibisi oğlunu öldürmək istəyən Ramin Mehdixanov həbs olundu

19:50

“Rusiya Azərbaycanla əvvəlki dildə danışmır...” - Açıqlama

19:40

Afət ona pis şərh yazanlara görün nə edirmiş... - “Yardım etmək adı ilə çağırıram, sonra...”

19:35

“Lavrovun Azərbaycana qarşı münasibəti birmənalı olaraq yaxşı deyil və...” - Politoloq

19:20

İlham Əliyev və xanımı Tatarıstan Prezidentinə başsağlığı verdi

19:10

Rusiya rumın diplomatını “persona-non-qrata” elan etdi

19:00

Dayısı Fatmanı yastıqla boğaraq öldürüb - RƏSMİ AÇIQLAMA

18:50

“Türkiyə çıxırsa, biz də gedirik” - 20-yə yaxın ölkə ordusunu geri çəkir

18:40

Bakıda əsas prospektlərin bir neçəsində hərəkət iflic oldu - Fotolar

18:10

Azərbaycanlı müğənni 25 kiloqram kökəldi - Foto

17:55

““Mən oğlan-qızam, yalvarıram, eləmə” dedim” - Çoban Tovuzda tək qalan müəllimi zorlayıb

17:40

Qəbələdə gecə işləyən restoran aşkarlandı

17:05

Azərbaycan sərhədçiləri ermənilərdən götürülmüş hərbi qənimətləri xidmətdə istifadə edir - Video

16:40

Xarı bülbül festivalının sürprizləri - Rəsmi açıqlama

16:30

Ağadadaş Ağayev sabah yenidən əməliyyat olunacaq - Foto

16:05

Heydər Əliyev irsi və gənclər siyasətinin ideoloji konturları

16:00

“Spartak” azərbaycanlı futbolçu ilə yollarını ayırdı

15:50

Paşinyanın təyyarəsi ilə növbəti pirat əməliyyatı: Qanunsuz hərbi yük İrəvana necə çatdırıldı?

15:35

“Veriliş bağlansa belə umrumda deyil” - Zaur Baxşəliyev + Video

15:35

Tanınmış azərbaycanlı rəssam koronavirusdan vəfat etdi - Fotolar

15:15

Müdafiə naziri azad edilmiş ərazilərdə yerləşən bölmələrdə oldu

15:10

“Bunların tərbiyələri haradandır?” - Rəhim əsəbiləşdi

15:05

““Ağoğlan” məbədi Alban müstəqil kilsəsinin irsidir, ermənilərlə heç bir bağlantısı yoxdur” - İcma sədri

14:45

İnterpol axtarışında olan Zahid Ömərzadə Azərbaycana ekstradisiya edildi

14:40

Rüstəm Muradov Moskvaya geri çağırıla bilər - Video

14:30

Tatarıstanda matəm elan olundu

14:15

“Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi tövsiyə olunur” - Allahşükür Paşazadə

14:15

“Hər cümlədə qəhər boğur məni, hər sətirdə gözüm dolur...” - Xatun

14:05

Sürücülərin nəzərinə: Katalizatoru olmayan avtomobillər cərimələnəcək - RƏSMİ

14:00

Koronavirusa yoluxan Mətanət İsgəndərlinin son durumu

13:05

Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik etdi

12:55

“Bu günə qədər Şuşaya gedənlərin ya haradasa adamları olub, ya da tapşırılıblar” - Xuraman Şuşalı

12:55

Kazanda məktəbdə atışma zamanı ölənlərin sayı 13-ə çatdı - Yenilənib

12:40

Ermənistanda türk dilində verilişlər və mahnılar yayımlanmağa başladı - RƏSMİ

11 May 2021 12:20

Bakı-Pirşağı-Sumqayıt istiqaməti üzrə yeni hərəkət cədvəli tətbiq ediləcək

11 May 2021 12:10

Kazanda orta məktəbdə atışma: Ölən var

11 May 2021 11:35

Bakıda bu yollarda hərəkət məhdudlaşdırılacaq

11 May 2021 11:20

İranlı senatorun 70 il əvvəl Bakıda gördükləri: “İnsanlar bu bahaçılıqla necə yaşayır?!” - Fotolar

11 May 2021 11:00

Zaqatalada qonşusunun evindən 10 min manatlıq oğurluq edən şəxs tutuldu - Fotolar

11 May 2021 10:50

Arif Quliyevin son səs yazısı: “Qorxuram..” - Video

11 May 2021 10:40

Türkiyəli azarkeşlərə şad xəbər: Finalı stadionda izləyəcəklər

10 May 2021 22:50

Ramazanın 28-ci gününün duası - İmsak və iftar vaxtı

10 May 2021 22:25

Daha 3 qazimiz sağalaraq Vətənə döndü - Fotolar

10 May 2021 22:00

Leonardo da Vinçinin bu əsəri 28 milyona satıla bilər

10 May 2021 21:40

Türkiyə beşinci nəsil döyüş təyyarələri istehsal edəcək

10 May 2021 21:20

Culfa-Ordubad magistral avtomobil yolu istifadəyə verildi

10 May 2021 20:50

Bakıda külək binanın dam örtüyünü uçurdu

10 May 2021 20:35

Ermənilərin daha bir yalanı ifşa edildi - Fotofakt

10 May 2021 19:50

Qarşısına məqsəd qoyub: Hər il 1 uşaq doğacaq!

10 May 2021 19:40

“Yuventus“a pis xəbər: İtaliya A seriyasından kənarlaşdırıla bilər

10 May 2021 19:40

Hərbçilərin axtarışı zamanı yüzlərlə mina aşkar edildi - Video

10 May 2021 19:20

Nazirlik əhaliyə müraciət etdi: “Evdən çıxmayın!“

10 May 2021 18:40

DSX jurnalistləri azad olunmuş ərazilərə apardı

10 May 2021 18:10

Azərbaycanda bu gün 170 nəfərə peyvənd vurulub

10 May 2021 17:30

Safari parkından 3 bəbir qaçdı, əhalidən gizlətdilər

10 May 2021 17:10

Azərbaycanda yoluxanların sayı yenə azaldı, sağalanlar artdı

10 May 2021 17:00

“Space“in yeni rəhbəri istefa verdi

10 May 2021 16:40

Azərbaycan Ordusu and içdi - Video

10 May 2021 16:20

Abşeronda piyadanı öldürən sürücü tutuldu

10 May 2021 15:50

“Sabir Rüstəmxanlı üçün yaz” müsabiqəsi elan edildi

10 May 2021 15:20

Göyçayda əti çirkli su ilə yuyan qəssabxana aşkarlandı

10 May 2021 15:10

“Qarabağ şikəstəsi” necə yarandı? - Video

10 May 2021 15:00

Türkiyə çempionatında kuryoz olay: Futbolçu rəqib komandanın formasını geyindi

10 May 2021 15:00

Polis 2 nəfəri güllələyən şəxsi saxladı

10 May 2021 14:40

Bir ovuc torpaq da beləcə artdı... - Etibar Cəbrayıloğlu yazır

10 May 2021 12:40

“Qarabağ“ darmadağınla zirvəyə yüksəldi

10 May 2021 00:00

Ramazanın 27-ci gününün duası: İmsak və iftar vaxtı

09 May 2021 23:20

“Zirə“ - “Qəbələ“ matçında qalib müəyyənləşmədi

09 May 2021 22:10

Gül suyu insan dərisini cavanlaşdırır

09 May 2021 22:00

“Mançester Yunayted“ 17 yaşlı futbolçu üçün 90 milyon avro təklif edir

09 May 2021 21:10

Rafiq Əliyev Musa Yaqubdan yazdı: “it hürəndən işıq gələnə bütün həyatın...“

09 May 2021 14:00

Artıq çəkidən qurtulmağın ən asan yolu: 20 dəqiqə...

09 May 2021 11:10

Fazil Mustafa dindarları tənqid etdi: “Quranla əlaqəsi zəifdir“

09 May 2021 10:40

Bu gün sonuncu Qədr gecəsidir

09 May 2021 09:50

Zəruri qayda və tələbləri pozan 29 sahibkarlıq subyekti cərimələndi

08 May 2021 21:30

Ramazanın 26-cı gününün duası - İmsak və iftar vaxtı

08 May 2021 21:20

TRT AzTV-nin dəstəyi ilə Qarabağla bağlı sənədli film hazırlayır

08 May 2021 20:20

AzTV-də audit yoxlaması aparılır

08 May 2021 19:40

Azərbaycan bankları bayram günlərində işləyəcək?

08 May 2021 17:20

CBC radiosu Qarabağda yayıma başladı

08 May 2021 15:10

“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” filmi nümayiş olundu - Fotolar

08 May 2021 15:00

Alçanı duza batırıb yemək zərərlidir - Mütəxəssis rəyi

08 May 2021 13:50

Talassemiya xəstələri peyvənd oluna bilərmi? - Hematoloq

08 May 2021 12:40

Geosiyasi və geoiqtisadi baxımdan vacib şəhər: ŞUŞA

08 May 2021 11:10

Koronavirusa yoluxan uşaqlarda bu ağrılar olur - Pediatr-infeksionist

08 May 2021 10:00

Nazirlikdən Qazançı kilsəsinin bərpası ilə bağlı AÇIQLAMA

08 May 2021 00:30

Ramazanın 25-ci gününün duası - İmsak və iftar vaxtı

07 May 2021 22:20

Azərbaycanda daha 722 nəfər koronavirusa yoluxdu

07 May 2021 16:50

COVID-19-a qarşı mübarizədə ən etibarlı vasitə

07 May 2021 16:00

Xalq şairi Musa Yaqub vəfat etdi

07 May 2021 15:50

Koronavirusa qarşı təkrar peyvənd nə zaman vurulacaq? - Həkim rəyi

07 May 2021 15:00

“Azərbaycanda ən məntiqsiz, ən aferist, göz görə-görə camaatı dolayan...” – Hacının dənizdə qurduğu tor

07 May 2021 14:55

Azərbaycanda koronavirusdan sağalma və ölüm faizi açıqlandı

07 May 2021 13:40

İti qovduq, qaldı yiyəsi...

07 May 2021 12:50

Şuşaya yeni su kəmərinin tikintisinə başlanıldı

07 May 2021 11:25

Media nümayəndələrinin Hadruta səfəri başladı

07 May 2021 09:55

Azərbaycanda ilk dəfə inşa edilən “Ro-Pax” gəmisi ilə Qazaxıstana yükdaşıma başlanıldı

06 May 2021 22:15

Azərbaycan Türkiyədən ən çox silah alanlar ölkələrdən biridir

06 May 2021 19:15

Nazir: Apreldə qeyri-neft ixracı 62,5 faiz artıb

06 May 2021 17:25

Azərbaycanda 100-lə başlayan nömrələr yalnız bu avtomobillərə verilir - Yol polisindən AÇIQLAMA + FOTO

04 May 2021 18:50

Azərbaycanda 100-lə başlayan nömrələr yalnır bu avtomobillərə verilir - Yol polisindən AÇIQLAMA + FOTO

04 May 2021 18:45

Azərbaycanda satılan ən bahalı avtomobillər - 1 milyon manata yaxın...

04 May 2021 02:35

Bakıda daha bir xətt üzrə yeni avtobuslar istifadəyə verilir

02 May 2021 18:45

“Bir millət, iki dövlət” və gömrükdən şikayət - Video

01 May 2021 09:45

Azərbaycanda plyonka probleminə son qoyulur

29 Apr 2021 08:55

“WhatsApp Pink” şəxsi məlumatlarınızı oğurlaya bilər - Video

28 Apr 2021 16:55

İşlənmiş maşın alarkən diqqətli olun! - Yeni fırıldaq

28 Apr 2021 08:10

Avtomobillərə plyonka vurulması ilə bağlı yeni qayda hazırlanacaq - SƏRƏNCAM

27 Apr 2021 18:35

Maşın bazarında son vəziyyət necədir? - Video

25 Apr 2021 19:25

Azərbaycanlılar Avropada Ermənistana qarşı kütləvi aksiyalar keçirildi - Fotolar

24 Apr 2021 18:45

Bu ölkədə sığal çəkən təkcə Hüseynbala Mirələmov deyil...

22 Apr 2021 11:30

ATV-dən Zaurun verilişinin bağlanmasına REAKSİYA

21 Apr 2021 19:00

“WhatsApp”dan istifadə məhdudlaşdırılacaq

20 Apr 2021 00:00

“Azercell Telekom” MMC-yə yeni prezident təyin olundu

19 Apr 2021 20:40

“Tərtər işi” ilə bağlı Prezidentə müraciət olundu: Xarici və daxili qüvvələr sabitliyi pozmaq üçün...

19 Apr 2021 12:40

Saleh Məmmədov Qazyan sakinlərini yolsuz qoydu - ŞİKAYƏT + FOTOLAR

19 Apr 2021 10:15

“İstəyirəm böyüyüm, əsgər gedim, qəhrəmanlıq göstərim...“

17 Apr 2021 14:35

Ata yurdumun xarabalığında: Xəcalət çəkdim...

14 Apr 2021 15:55

Anar, Kamal Abdulla və Rasim Balayev AzTV-də: Bədii Şuranın tərkibi dəyişdi - Fotolar

12 Apr 2021 18:35

“Oğlumun 50 yaşı var, imkansızlıqdan onu evləndirə bilməmişəm”

11 Apr 2021 07:35

Faciənin buynuzu olmur, axırı yaxşı olmayacaq bunun...

08 Apr 2021 17:10

Qarabağ qazisi icra başçısından Prezidentə şikayət etdi: Son ümid yerim Sizsiniz!

08 Apr 2021 12:55

“Heç kim məni narahat etməsin“ - Çingiz Abdullayev

08 Apr 2021 10:10

Hakerlər Mark Zukerberqin şəxsi məlumatlarını oğurladı

04 Apr 2021 19:30

Yarım milyard “Facebook” istifadəçisinin şəxsi məlumatları internetə sızdı

04 Apr 2021 00:40

Nazirlik deputata sərt cavab verdi: Bu cür subyektiv və əsassız fikirlər...

02 Apr 2021 16:50

İcra başçısı prezidentə şikayət edən sakini cərimələtdi: Salyanda qəribə olay

31 Mart 2021 17:45

Biz Şuşada tonqal yandırırıq, ermənilər için-için yanır...

21 Mart 2021 13:10

Fərhad Əhmədov onları işlədib pulunu vermədi

17 Mart 2021 16:05

“Pandemiya başa çatmayıb, bu virus dolaşacaq” Prezidentlə MÜSAHİBƏ

19 May 2020 17:25

“Mühacirət həyatı 30 ildən sonra məni də “əzdi”” MÜSAHİBƏ

19 May 2020 16:00

Şəhid abidələrimiz Natavan, Hacıbəyli, Bülbül gec-tez Qarabağa qayıdacaq - Jalə Əliyeva

19 May 2020 15:55

“Vətəndaşların mənzil hüququnun səmərəli təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 15:35

“Vətəndaşların mənzil hüququnun təmin edilməsi üzrə tədbirlər davam etdirilir” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 15:30

“Cəmiyyətin ciddi vətəndaş məsuliyyətinə ehtiyacı var” Ombudsmanla MÜSAHİBƏ

18 May 2020 13:40

“İndi xalq bizdən əsər yox, adamlıq gözləyir”  Əkrəm Əylisli ilə MÜSAHİBƏ

17 May 2020 09:00

Qeydə alınan partiyanın sədri planlarını AÇDI: “Biz o boşluğu doldurmağa çalışacağıq” MÜSAHİBƏ

15 May 2020 09:45

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir” MÜSAHİBƏ

14 May 2020 17:00

“Avropa İttifaqı Şurasının qərarı cənab İlham Əliyevin növbəti qələbəsidir”

14 May 2020 14:55
All