Bu ölkədə əhalinin hamısı peyvənd olunub

Bu ölkədə əhalinin hamısı peyvənd olunub

Əhalisinin hamısı peyvənd olunan ilk ölkənin adı açıqlanıb.

Polemika.az xarici KİV-ə istinadən bildirir ki, təxminən 10 milyon əhalisi olan Birləşmiş Ərəb Əmirliklərində birinci doza vaksin vurulanlar 100 faiz, ikinci doza vurulanlar isə 91 faiz təşkil edir.

Paytaxt Əbu-Dabidə peyvənd sertifikatı olmadan yalnız supermarket və apteklərə getməyə icazə var.

Birləşmiş Ərəb Əmirliklərində Nyu York Universitetinin tədqiqatçıları epidemiyanın idarə olunmasına nəzarət ediblər.

Qeyd edək ki, dünyada koronavirusa qarşı peyvənd olunma üzrə ikinci yerdə Kuba dayanır. Burada əhalinin 90 faizinə vaksinin birinci dozası vurulub. Portuqaliya əhalisinin 89 faizi peyvənd olunmaqla üçüncü sırada yer alıb. (modern.az) 

 

 

Bu ölkədə əhalinin hamısı peyvənd olunub