Bu il 40 min hektar ərazi minalardan təmizlənəcək 

Bu il 40 min hektar ərazi minalardan təmizlənəcək 

Bu il 40 min hektar ərazi minalardan təmizlənəcək 

Minatəmizləmə istiqamətində qurumların 2022-ci ilin tədbirlər planına əsasən ümumilikdə 40.000 ha ərazinin təmizlənməsi planlaşdırılır.

Polemika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, ANAMA-nın öhdəliyinə düşən ərazi 20.000 ha təşkil edir.

"Məhz yeni müdavimlərin hazırlanması Qarabağda icra olunan əməliyyatların müvəffəqiyyətlə həyata keçirilməsinə xidmət edəcək. Bildirim ki, yeni müdavimlərin hazırlanması müəyyən müddət tələb edir, təlimlər həm nəzəri, həm də praktiki şəkildə həyata keçirilir. Ümumilikdə, yeni müdavimlərə keçirilən təlimlər Əsas Humanitar Minaaxtarma (ƏHM) və Döyüş Sahələrinin Təmizlənməsi, eləcə də Humanitar Minatəmizləmə Fəaliyyətinə İnteqrasiya üzrə kurslardan ibarətdir", - deyə o bildirib. 

Bu il 40 min hektar ərazi minalardan təmizlənəcək