Bu gün Azərbaycan kubokunda yeni mövsümə start verilir

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start verilir

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start verilir

Bu gün Azərbaycan kubokunda 2021/2022 mövsümünə start veriləcək.

Polemika.az xəbər verir ki, 1/8 finalda iki görüş keçiriləcək.

Əvvəlcə "Səbail" 1-ci divizion təmsilçisi "Zaqatala"nın qonağı olacaq. Günün digər matçında isə "Qəbələ" səfərdə 1-ci diviziondan MOİK-lə qarşılaşacaq.  

Qeyd edək ki, 1/8 finalın digər 2 görüşü dekabrın 11-də oynanılacaq. Bu mərhələ 1 oyundan ibarət olacaq və qaləbə qazanan komandalar 1/4 finala yüksələcəklər.

 

10 dekabr 

Azərbaycan Kuboku

1/8 final

14:00. “Zaqatala” – “Səbail”

Hakimlər: Tural Qurbanov, Elşad Abdullayev, Rəhman İmami, Rəşad Əhmədov

Zaqatala Olimpiya İdman Kompleksinin stadionu.

17:00. MOİK – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Rahil Ramazanov, Namiq Bəkirov

“Dalğa Arena”.

11 dekabr 

 

15:00. “Keşlə” – “Qaradağ Lökbatan”

Hakimlər: Rauf Allahverdiyev, Cavanşir Yusifov, Müslüm Əliyev, Elçin Məsiyev

ASK Arena

18:00. “Sabah” – “Kəpəz”

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Vüsal Məmmədov, Kamranbəy Rəhimov

Bank Respublika Arena.

Bu gün Azərbaycan kubokunda yeni mövsümə start verilir