Bu görüntü gündəm oldu: “Azərbaycan gömrüyü deyəndə yerlibazlıq ağla gəlir”

Bu görüntü gündəm oldu: “Azərbaycan gömrüyü deyəndə yerlibazlıq ağla gəlir”

Bu görüntü gündəm oldu: “Azərbaycan gömrüyü deyəndə yerlibazlıq ağla gəlir”

Son illər xaricdə yaşayan həmvətənlərimiz Azərbaycandakı yaxınlarına yaşadıqları ölkədən bağlama göndərərkən gömrükdə və poçtda onların açılmasından narazılıq edirlər.

Bu gün sosial şəbəkədə yayılan görüntü mövzunu yenidən gündəmə gətirib. Belə ki, Zaur Bayramlı adlı şəxs xaricdən göndərdiyi bağlamanın üzərinə “Azərbaycan Dövlət Gömrük Komitəsinin dəyərli mənsubları, yəni əziz Nehrəmli qardaşlarım! Qutunun içərisindəki geyilmiş paltarlarımızdır. Təzə və maddi dəyəri olan heç bir şey yoxdur. Nəzərə almağınızı xahiş edirəm” – deyə qeyd yapışdırıb.

Mövzu ilə bağlı sabiq deputat Nazim Bəydəmirli Polemika.az-a açıqlamasında bildirib ki, gömrük əməkdaşlarının göndərilən bağlamaları bu şəkildə açması doğru deyil. O, qeyd edib ki, qutudakı məhsulların təhlükəsizliyindən əmin olmaq üçün xüsusi avadanlıqlar mövcuddur:

“Dövlət Gömrük Komitəsinin təbii ki, vətəndaşların göndərdiyi bağlamalara baxmağa imkanları var. Yəni buna qanun icazə verir. Lakin buna müasir avadanlıqlar vasitəsilə baxılmalıdır. Qutuları açıb bir-bir yerə tökməyə ehtiyac yoxdur. Hər hansı silahın, narkotik vasitələrin, ümumiyyətlə, qadağan olunmuş məhsulların ölkəyə keçirilməsinin qarşısını almaq üçün bu tədbirlər görülür.

 Bağlama göndəriləndə də göndərən ölkədə bunu yoxlayırlar, dövlət orqanları zəmanət verir, daha sonra göndərirlər. Burada vətəndaşların xaricdən göndərdiyi qutuları bu şəkildə açıb, yoxlamaq anormallıqdır, bu doğru yanaşma deyil. Dediyim kimi, buna bəhanə ola bilər ki, təhlükəsizliyə görədir, amma bunun üçün xüsusi cihazlar var”.

N.Bəydəmirli qeyd edib ki. Azərbaycan Dövlət Gömrük Komitəsi deyiləndə vətəndaşların ağlına ilk növbədə yerlibazlığın olduğu qurum gəlir:

“Zaur Bayramlı adlı vətəndaş da fikirlərini  qutunun üzərinə qeyd olaraq yazıb göndərib. Orada “Nehrəmli qardaşlar” ifadəsini də xüsusi vurğulayıb. Çox təəssüf ki, Azərbaycan Gömrüyü deyəndə regionçuluğun, yerlibazlığın, qohumbazlığın konsentransiya olunduğu bir qurum ağla gəlir. Bunu da Naxçıvanın məşhur Nehrəm kəndi ilə əlaqələndirirlər. Azərbaycan vətəndaşlarının Gömrük Komitəsinə münasibəti məhz bu şəkildədir. Zaur qardaşımız da bunu qısa formada bu cür ifadə edib”.

Əsmətxanım Rzazadə 

Bu görüntü gündəm oldu: “Azərbaycan gömrüyü deyəndə yerlibazlıq ağla gəlir”