Brent marakalı neft bahalaşdı

Brent marakalı neft bahalaşdı

Brent marakalı neft bahalaşdı

Brent markalı neftin bir barelinin dəyəri 2014-cü il oktyabrın 14-dən bəri ilk dəfə olaraq 88 dolları ötüb.

Polemika.az xəbər verir ki, Şimal dənizi neftinin mart fyuçerslərinin qiyməti bir barel üçün 1,86% artaraq 88,06 dollara, WTI markalı neftin qiyməti isə 2,15% artaraq 85,09 dollara çatıb.

OPEC+ koronavirus pandemiyasının yaratdığı neftə tələbatın azalması səbəbindən ötən ilin may ayından gündəlik hasilatı 9,7 milyon barel azaldıb. Vəziyyət sabitləşdikcə müqavilənin şərtlərinə düzəlişlər edilib. 2021-ci ilin avqust ayından etibarən alyans 2022-ci ilin sentyabr ayının sonuna kimi əvvəlki səviyyələrə qayıtmaq ümidi ilə hasilatı hər ay gündəlik 400 min barel artırır.

 

Brent marakalı neft bahalaşdı