Böyük Britaniyada hər gün 100 min insan virusa yoluxur

Böyük Britaniyada hər gün 100 min insan virusa yoluxur
29 Okt 2020 07:25
52

Böyük Britaniyada hər gün təqribən 100 min insan koronavirus xəstəliyinə tutulur.

London İmperial Kollecində aparılan araşdırmada epidemiyanın yayılmasının sürətləndiyi və virusa yoluxanların sayının hər 9 gündə iki dəfə artdığı açıqlanıb.

Tədqiqatçılar virusun yayılmasında kritik mərhələ olduğunu söyləyiblər. Ölkənin bütün hissələrində virusa yoluxmada artım müşahidə olunur.

Hökumət regional karantin strategiyasına sadiq qalaraq Notinqamşayrda yenidən gücləndirilmiş karantin rejiminin tətbiqinə başlayır. Cümə günündən etibarən yeni qaydaların tətbiq olacağı Notinqamşayrda idman zalları, üzgüçülük mərkəzləri və bəzi ictimai yerlərin fəaliyyəti dayandırılacaq. /Azərtac

Böyük Britaniyada hər gün 100 min insan virusa yoluxur

Oxşar xəbərlər