BNA: "33 nömrəli marşrutla bağlı daşıyıcı şirkətə son xəbərdarlıq olunub"

BNA: "33 nömrəli marşrutla bağlı daşıyıcı şirkətə son xəbərdarlıq olunub"
Axsam 20:30-dan sonra 33 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslar işləmir.
Bu barədə Qaynarinfo-ya həmin maşurutun daimi sərnişinləri məlumat verib. 
Sərnişinlərin sözlərinə görə, artıq uzun müddətdir ki, eyni vəziyyətlə qarşılaşırlar:
"Hər gün belədir, vəziyyət dəyişmir. Gecə saatlarında evə getmək üçün avtobus tapmaq olmur. Axşam olan kimi 33 nömrəli avtobus xəttən çıxır. Elə adamlar var ki, axşam saat 21.00-da işdən çıxır. Məcburiyyət qarşısında qalan sərnişinlər evə taksi ilə gedirlər. Axı elələri var ki, buna imkanları yoxdur. Hər gün taksiyə verdiyimiz pula evimizə çörək apararıq. Bu nə vaxta kimi belə davam edəcək".
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib ki, bununla bağlı artıq daşıyıcı şirkətə xəbərdarlıq edilib: 
"Daşıyıcı şirkətin rəhbərliyi çağırılıb və izahat tələb olunub. İddia olunan çatışmazlığın aradan qaldırılması üçün konkret tapşırıqlar verilib. Həmçinin son xəbərdarlıq olunub”.
Bahar Rüstəmli