Blinkenin Bakıya qəfil zəngi: "Tərəflər arasında vasitəçilik də edə bilərik"

Blinkenin Bakıya qəfil zəngi:  "Tərəflər arasında vasitəçilik də edə bilərik"

Blinkenin Bakıya qəfil zəngi: "Tərəflər arasında vasitəçilik də edə bilərik"

“Azərbaycanın xarici siyasətinin ana prinsipləri var. Bu, çoxvektorlu, həm də milli və strateji maraqlarımıza cavab verən adddımlardır. Həmin prinsiplər ümumən bütün məsələlərdə əsas götürülür”.

Bu sözləri Polemika.az-a açıqlamasında siyasi şərhçi Fikrət Sadıxov deyib.

O, Rusiya-Ukrayna müharibəsi ilə bağlı Azərbaycanın xarici siyasəti, habelə ötən gün ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinkenin Prezident İlham Əliyevə telefon söhbəti barədə fikirlərini səsləndirib:

“Ukraynada hərbi münaqişənin lap başlanğıcında rəsmi Bakı bəyanatla çıxış edib, məsələnin dinc yolla, diplomatik danışıqlarla həll olunmalı olduğunu vurğulayıb. Eyni zamanda, bu münaqişədə tərəflər arasında vasitəçilik də edə bilərik. Artıq bu barədə təklif irəli sürülüb.

Başa düşürük ki, Ukrayna xalqı hazırda əziyyət çəkir. Azərbaycan Ukraynaya bir neçə dəfə humanitar yardım göndərib. Elə bu da Azərbyacanın Ukrayna böhranı ilə bağlı mövqeyinin faktiki təzahürüdür.

ABŞ Dövlət Departamentinin rəhbəri Entoni Blinken Azərbaycanın bu addımlarını kifayət qədər yüksək qiymətləndirib. O, Ukraynaya yardımları və Ukrayna-Rusiya münaqişəsində Azərbaycanın mövqeyini çox yüksək qiymətləndirib. Bu da bir daha isbatlayır ki, xarici siyasətimiz düzgün istiqamətdir”.

Rafi MÜSLÜMOV

Blinkenin Bakıya qəfil zəngi: "Tərəflər arasında vasitəçilik də edə bilərik"