Blinken: "Rusiya Ukrayna ilə sərhəddə gərginliyi daha da artıracaq"

Blinken: "Rusiya Ukrayna ilə sərhəddə gərginliyi daha da artıracaq"

Blinken: "Rusiya Ukrayna ilə sərhəddə gərginliyi daha da artıracaq"

"Bu, Ukrayna üçün kritik zamandır".

Polemika.az CNN-ə istinadla xəbər verir ki, bu barədə ABŞ-ın dövlət katibi Entoni Blinken bildirib.

Onun sözlərinə görə, Rusiya Ukrayna ilə sərhədlərində hərbi qüvvələrini daha da artıracaq:

"Bilirik ki, bu qüvvələri çox qısa müddətdə daha da artırmaq planları var. Bu, Rusiya prezidenti Vladimir Putinə çox qısa müddətdə Ukraynaya qarşı növbəti aqressiv addımlar atmaq imkanı verir və əlbəttə, təkcə bizim deyil, həm də demək olar ki, bütün müttəfiqlərimizin və tərəfdaşlarımızın diqqətini cəlb edib.

İstənilən fikir ayrılıqlarını diplomatiya vasitəsilə sülh yolu ilə həll etməyə çalışmaq üçün diplomatiya və dialoq yolu var. Aydındır ki, bu, üstünlük verilən yoldur, lakin Rusiya təcavüzü, münaqişəni, qarşıdurmanı bərpa etmək qərarına gələrsə, başqa yol da var”.

Blinkenin sözlərinə görə, prezident Co Bayden öz komandasından müttəfiqlərlə intensiv danışıqlardan, eləcə də Rusiya ilə danışıqlardan sonra vəziyyəti “baxmağı” və ABŞ-ın Ukraynaya sadiqliyini “bir daha təsdiqləməyi” xahiş edib.

“Mən həqiqətən də diplomatik və sülh yoluna ümid edirəm, amma sonda bu, prezident Putinin qərarı olacaq”, - deyə dövlət katibi yekunlaşdırıb.

Blinken: "Rusiya Ukrayna ilə sərhəddə gərginliyi daha da artıracaq"