Blinken Çavuşoğlu ilə danışdı

Blinken Çavuşoğlu ilə danışdı

Blinken Çavuşoğlu ilə danışdı

ABŞ dövlət katibi Entoni Blinken və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu telefonla Ukraynadakı vəziyyəti və ölkədəki vəziyyətin nizamlanması üçün diplomatik səyləri müzakirə ediblər.

Polemika.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.

Məlumatda qeyd edildiyi kimi, Blinken türkiyəli vəzifədaşına ABŞ-ın Ukrayna xalqına dəstəyi və Rusiyaya qarşı gələcək tədbirlər haqqında son xəbərləri verib. Bundan əlavə, ABŞ dövlət katibi Ankaraya Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sadiqliyinə, eləcə də Türkiyənin Ukraynaya yardım göstərmək səylərinə görə təşəkkür edib.

Bir gün əvvəl Çavuşoğlu bildirib ki, Ankara atəşkəs və Türkiyə vətəndaşlarının təxliyəsi ilə bağlı Rusiya və Ukrayna ilə təmasları davam etdirir.

O qeyd edib ki, Türkiyə vətəndaşlarının Ukraynadan çıxarılması məsələsində hər iki ölkə ilə əməkdaşlıq edir.

Blinken Çavuşoğlu ilə danışdı