"Bizi şeytan, bədheybət adlandırırlar..."

"Bizi şeytan, bədheybət adlandırırlar..."

"Bizi şeytan, bədheybət adlandırırlar..."

Rusiyanın Ukraynaya qarşı müharibəsini qızışdırmaqda roluna görə Avropa İttifaqı tərəfindən sanksiyalara məruz qalan Kremlyönlü təbliğatçı Vladimir Solovyov etiraf edib ki, dünya Rusiyaya aqressiv hərəkətlərinə görə hələ uzun müddər nifrət edəcək və hər şeyin "Rusiyanın məhvi ilə" nəticələcəyini də istisna etməyib.

Moderator.az xəbər verir ki, bu barədə o, martın 8-də özünün YouTube kanalındakı proqramının efirində israilli ekspert Yakov Kedmi ilə söhbətində bəyan edib (Solovyovun kanallarının bloklanmasından sonra o, "Sözün gücü" adı ilə  YouTube platformasında yayımlanır).

Yakov Kedmi Moskvada doğulub, əsl soyadı Kazakovdur, İsrailə repatriasiya etdikdən sonra soyadını dəyişib. O, repatriasiyanın təşkili ilə məşğul olan "Nativ"lə əlaqələr üzrə İsrail bürosunun direktoru vəzifəsində çalışıb.

Son illər müntəzəm olaraq Solovyovun  poqrmlarında kremlyönlü, antiAmerika və antiUkrayna bəyanatları ilə çıxış edir.

Efir zamanı Kedmi Rusiya ordusunun Ukraynada döyüş əməliyyatlarını təhlil edib və rusiyalıların hərəkətlərinin səmərəliliyi barədə öz mülahizələrini bölüşüb.

"Belə demək mümkünsə, cəbhədəki döyüş əməliyyatları bir çox suallar doğurur. İlkin olara q müəyyən edilən məqsəddən imtina edilib-edilməməsi aydın deyil. Ona görə ki, əməliyyat çox zəif aparılır. Mövqelərdə ciddi dəyişiklik yoxdur. Bu və digər məntəqə uğrunda kiçik vurnuxma baş verir", - Kedmi belə deyib.

O, bəyan edib ki, 5- 10 km irəliləmək "böyük əhəmiyyət kəsb etmir", Rusiya qoşunları bir dənə də iri şəhəri öz nəzarətinə götürə bilməyib, "Xarkov ətrafında vurnuxma isə ədəb- ərkan sərhəddini keçib".

"Kiyev ətrafında nə baş verir? Bu templə hələ nə qədər sürünmək olar, mən bilmirəm. Bu manevr savaşı deyil, mövqe savaşıdır. Bu ya dalana dirənmək, ya da hansısa niyyətlərin dəyişilməsi deməkdir...Mən nə baş verdiyini və məqsədin nədən ibarət olduğunu anlamıram", - Kedmi çaşqınlığını ifadə edib.

İsrailli ekspert güman edir ki, "əgər şəhərlərə daxil olmaq fikirləri yox idisə, əməliyyata başlamaq nəyə lazım idi?"

"Rusiyada şəhərləri necə almağı bilirlər. Şəhərə girməyin müəyyən texnikası var. Əgər şəhərlərə girməyi planlaşdırmayıblarsa, əməliyyata da başlamaq lazım deyildi. Şəhərə girməsən, heç nə edə bilməzsən. Bir dənə də şəhəri götürməyiblər! Əməliyyatın başlanmasından iki həftə ötür, bir dənə də şəhər alınmayıb! Bir dənə də şəhərdə hakimiyyət dəyişilməyib! Əksinə, baş verənlər şəhərlərdəki hakimiyyəti daha da möhkəmləndirir. Bəs əməliyyat planı nədən ibarət olub?", - Kedmi hiddətini gizlətməyib.

İsrailli ekspert vurğulayıb ki, əgər işlənib hazırlanan taktika, şəhərləri almaq istəyi, niyyəti olmayıbsa, " hərbi əməliyyatı" başlamaq faydasızdır.

Hakimiyyət  şəhərlər arasında, şəhərlər ətrafında deyil, şəhərlərdədir. Bütün bunlar cavabı olmayan və ya problemli cavabı olan suallar doğurur", - Kedmi belə deyib.

Öz növbəsində Solovyov qeyd edib ki, rusiyalıları bütün dünyada "şeytan, bədheybət adlandırırlar. "Görünür, Qərb bizə hələ uzun müddət nifrət edəcək, müharibəni uda və ya əməliyyatı bəyan edilən məqsədlərlə başa çatdıra bilmirik. Ona görə ki, nəticədə bu, Rusiyanın özünün məhvinə gətirib çıxaracaq", - təbliğatçı belə deyib.

Kedmi belə bir inamını ifadə edib ki, "hərbi əməliyyatın" mənası yoxdur, çünki belə genişmiqyaslı hərbi müdaxilə ona görə düşünülüb ki, Krımı və LDXR- i tanısınlar, buna görə belə əməliyyat aparmağa dəyməzdi. "Krımı tanıdılar, hə, nə olsun, sonra nə baş verəcək? Rusiyaya qarşı sanksiyaların birini də ləğv etməyəcəklər. Bunun mənası nədir?  Bundadır ki, Zelenski deyəcək:

"Yaxşı, lənət şeytana, mən imzamı atıram, götürün Krımı". Krımı tanımaq üçün 500 zabit qurban getməli idi?

Solovyov təsdiq edib ki, Ukrayna tərəfindən Krımın tanınması dünya birliyi üçün heç bir əhəmiyyət kəsb etməyəcək: "Dünyanın çox vecinədir. Dünya onsuz da deyəcək: "Biz tanımırıq, sadəcə, siz Zelenskini məcbur etdiniz".

Öz növbəsində Kedmi hiddətlənib ki, Donetsk və Luqansk vilayətlərində Rusiya hərbçiləri indiyədək zəruri olan qələbələr əldə edə bilməyib.

"İki həffə döyüş ərzində Luqansk vilayətini hələ də azad etməyiblər! Slavyansk hələ azad edilməyib! İki həftəyə Lvovadək gedib geri dönmək olardı!", - israilli ekspert hiddətini gizlətməyib.

Solovyov isə etiraf edib ki, baş verən hadisələrlə bağlı onun əhval- ruhiyyəsi onsuz da çox pisdir, həmkarı Kedmi isə öz bədbinliyi ilə onu "dərin kədərə qərq edib".

"Bizi şeytan, bədheybət adlandırırlar..."