Birinci sinifə şagird qəbulunun vaxtı dəyişdirildi

Birinci sinifə şagird qəbulunun vaxtı dəyişdirildi

Birinci sinifə şagird qəbulunun vaxtı dəyişdirildi

2022-2023-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna may ayında başlanılacaq.

Polemika.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

O qeyd edib ki, ümumi təhsil müəssisələrinin I siniflərinə qəbul prosesi www.mektebeqebul.edu.az elektron portalı vasitəsilə aparılacaq.

Prosesin başlanılma tarixi barədə vətəndaşlara əvvəlcədən ətraflı məlumat veriləcək.

Qeyd edək ki, Təhsil Nazirliyinin təqvimində daha əvvəl I siniflərə şagird qəbulunun aprelin 1-dən sentyabrın 14-nə qədər aparılacağı qeyd edilmişdi.

Birinci sinifə şagird qəbulunun vaxtı dəyişdirildi