“Bir məqsədim var idi, erməni rəqibimə qalib gəlmək...”- Zirəddin Bayramov

“Bir məqsədim var idi, erməni rəqibimə qalib gəlmək...”- Zirəddin Bayramov

“Bir məqsədim var idi, erməni rəqibimə qalib gəlmək...”- Zirəddin Bayramov

Sərbəst güləşçi, Avropa çempionu Zirəddin Bayramovun Polemika.az-a müsahibəsi:

- Erməni rəqibinizə qalib gəldiniz. Bu qələbə  ilə bağlı təəssüratlarınızı bilmək istərdik.

- Bu qələbə mənim üçün böyük sevinc oldu. Avropa çempionatının finalında erməni rəqibimə qalib gəldim. Orada Avropa çempionu olmağı heç düşünmürdüm. Bir məqsədim var idi, o da erməni rəqibimə qalib gəlmək. Buna da nail oldum.

- İnanırdınızmı bu qələbəni əldə edəcəyinizə?

- Bəli, inanırdım. Çünki yarışa hazırlıq prosesimiz çox yüksək səviyyədə oldu. Federasiya rəhbərliyi və məşqçilər korpusu bizə çox böyük dəstək oldu. Onlar bizi bu qələbəyə inandırdı.

- Azərbaycan bayrağını Avropa çempionu kimi qaldırmaq necə hissdir?

- Hər bir idmançı kimi mənimdə ən böyük arzum idi. Arzuma çatdım və bu son deyil.Yaxın zamanlarda sevindirici hallar təkrarlanacaq.

- Bundan sonrakı hədəfiniz nədir?

- Hər bir idmançı kimi mənimdə hədəflərim çoxdur. Lakin  hədəflər sirr olaraq qalsa daha yaxşı olar.

- Qarşınızda başqa ölkənin təmsilçisi olsa, yenə bu cür əzmlə mübarizə aparadınızmı?

- Ora qələbə qazanmaq üçün gedirik. Qarşımızda hansı ölkənin idmançısı olursa olsun yalnız qələbəni düşünmək lazımdır. Siyasətlə idmanı qarışdırmaq olmaz. Bizim işimiz ölkəmizin bayrağını ən yüksək zirvələrə qaldırmaqdır.

- Azərbaycanda sərbəst güləşin inkşafını necə dəyərləndirirsiz?

- Azərbaycanda nəinki güləş, bütün idman növlərinin inkişafı göz qabağındadır. Bunun səbəbi də bizim ali baş komandanımızın idman sahəsinə göstərdiyi diqqətin nəticəsidir. Bu diqqət bizi daha da ruhlandırır.

- Sərbəst güləş sahəsində daha yaxşı inkşafa nail olmaq üçün hansı addımlar atılmalıdır?

- Hərkəs yaxşı bilir ki, idman sahəsinin daim çətinlikləri olur. Bu çətinliklərin üstəsindən gəlmək üçün də daim çalışmalıyıq.

Qələbə qazanmaq hər idmançıya nəsib olmur. Çünki bütün dünyada güləş idman növü çox inkişaf edib. Nə olur olsun, hər zaman qələbə üçün addımlamalıyıq. İdmançılar olaraq dövlət bayrağımızı dalğalandırıb, himnimizi səsləndirməyi özümüzə borc bilirik.

- Bu idman sahəsinə gəlmədən öncə kumiriniz kim olub?

- Şəxsi məşqçim Elçin Həsənov və tanınmış güləşçimiz Ağahüseyn Mustafayev.

- Növbəti yarışlara hazırlaşmağa başlamısız?

- Bəli, hazırda Bakıda təlim məşq toplanışındayam. Hər zaman, hər bir yarışa məsuliyyətli və ciddi hazırlaşırıq.

Mehri QURBAN

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” istiqaməti üzrə hazırlanmışdır.  

“Bir məqsədim var idi, erməni rəqibimə qalib gəlmək...”- Zirəddin Bayramov