Belçika Ermənistan millisini biabır etdi: 19:0

Belçika Ermənistan millisini biabır etdi:

Belçika Ermənistan millisini biabır etdi: 19:0

Qadın futbolçular arasında DÇ-2023-ün Avropa zonası üzrə seçmə mərhələsində qeyri-adi nəticə qeydə alınıb.

Polemika.az xəbər verir ki, F qrupunda baş tutan görüşdə Belçika millisi erməniləri meydana çıxmağa peşman edib. Belçika millisi bu qarşılaşmada 19 cavabsız qol vurub.

Fasiləyədək 11 dəfə rəqib qapısına yol tapan belçikalılar ikinci hissə 8 qol da vuraraq hesabı 19:0 edib.

Qeyd edək ki, 5 oyunun hamısında uduzan ermənistanlılar qol vurmasa da, 36 top buraxıb.

Belçika Ermənistan millisini biabır etdi: 19:0