Bayram süfrəsi üçün nə qədər pul lazımdır? - "4 nəfərlik ailənin Novruz xərci..."

Bayram süfrəsi üçün nə qədər pul lazımdır? - "4 nəfərlik ailənin Novruz xərci..."

Bayram süfrəsi üçün nə qədər pul lazımdır? - "4 nəfərlik ailənin Novruz xərci..."

Novruz bayramına sayılı günlər qalıb, alış-verişinin qızgın vaxtıdır. 2022-ci ilin bayram süfrəsi orta statistik azərbaycanlı üçün neçəyə başa gəlir?

Polemika.az-a açıqlamasında iqtisadçı Elmir Səfərli deyib ki, hər zaman bayram ərəfəsində çəkilən xərclər gündəm mövzusu olur:

"Ötən ildən bu yana, qlobal iqtisadi sferada olduğu kimi, Azərbaycanda da qiymət dəyişiklikləri var. Artan inflyasiya həddini nəzərə alsaq, ərzaq qiymətlərində təxmini 20% bahalaşma müşahidə olunur. Təbii ki, bu da öz növbəsində 4 nəfərlik bir ailənin bayram süfrəsi üçün çəkdiyi xərci artıracaq. Keçən il ilə müqayisədə 20-25% həcmində artım müşahidə olunacaq. Ötən il 4 nəfərlik ailənin Novruz süfrəsi xərci 200-220 manat idi. Bu il üçün ərzaq və kənd təsərrüfatı məhsullarında baş verən bahalaşmanı nəzərə alsaq, bu rəqəm 250-270 manata qədər yüksələcək. Bu isə adambaşına düşən xərcin 65-70 manat arasında dəyişdiyini göstərir”.

Nəzrin Vahid 

Bayram süfrəsi üçün nə qədər pul lazımdır? - "4 nəfərlik ailənin Novruz xərci..."