“Bavariya” “Zalsburq”u darmadağın etdi, “Liverpul” evdə “İnter”ə uduzdu

“Bavariya” “Zalsburq”u darmadağın etdi, “Liverpul” evdə “İnter”ə uduzdu

“Bavariya” “Zalsburq”u darmadağın etdi, “Liverpul” evdə “İnter”ə uduzdu

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab görüşlərinə start verilib.

Polemika.az xəbər verir ki, ilk oyun günündə növbəti mərhələyə vəsiqə qazanan 2 komanda məlum olub. Bunlar Almaniya "Bavariya"sı ilə İngiltərə "Liverpul"udur.

"Bavariya" Avstriyada "Zaltsburq"la 1:1 hesablı heç-heçə etdiyi ilk qarşılaşmanın revanşında böyük hesablı qələbəyə imza atıb - 7:1.

"Liverpul" isə İtaliyada 2:0 hesabı ilə məğlub etdiyi "İnter"ə öz meydanında minimal hesabla uduzub. Beləliklə, "Liverpul" iki oyunun yekununda daha üstün olduğu üçün mərhələ adlayıb.

UEFA Çempionlar Liqası

1/8 final, cavab oyunları

8 mart

00:00. "Liverpul" (İngiltərə) - "İnter" (İtaliya) - 0:1

Qol: Lautaro Martines, 62

Qırmızı vərəqə: Aleksis Sançes, 63 ("İnter")

Baş hakim: Antonio Migel Mateu Laos (İspaniya)

İlk oyun - 2:0

 

00:00. "Bavariya" (Almaniya) - "Zaltsburq" (Avstriya) - 7:1

Qollar: Robert Levandovski, 12 (pen.); 21 (pen.); 23. Serj Qnabri, 31. Tomas Müller, 54; 83. Leroy Sane, 85 - Maurits Kyerqor, 70

Baş hakim: Klement Turpin (Fransa)

İlk oyun - 1:1.

“Bavariya” “Zalsburq”u darmadağın etdi, “Liverpul” evdə “İnter”ə uduzdu