Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşdü

Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşdü

Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşdü

Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 17-də Monteneqro parlamentinin sədri Aleksa Beçiç ilə görüşüb. 

Polemika.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.

Bildirilib ki, görüşdə Azərbaycan-Monteneqro dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, A.Beçiçin səfərinin ikitərəfli əməkdaşlığın genişləndirilməsinə təkan verəcəyinə əminlik ifadə olundu. 

Həmçinin Azərbaycan ilə Monteneqro arasında ticari-iqtisadi, humanitar, mədəniyyət, turizm və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olundu. 

Baş nazir Əli Əsədov Monteneqro parlamentinin sədri ilə görüşdü