Baş nazir bir neçə saatlıq iqtidardan sonra istefa verdi

Baş nazir bir neçə saatlıq iqtidardan sonra istefa verdi

Baş nazir bir neçə saatlıq iqtidardan sonra istefa verdi

İsveçin baş naziri Maqdalena Andersson Yaşıllar Partiyasının hökuməti tərk etmək qərarından sonra tutduğu vəzifədən azad edilməsini xahiş edib.

Polemika.az TASS-a istinadla xəbər verir ki, iqtidarda cəmi bir neçə saat qalmış Baş nazir deyib:

"Mən qanuniliyinə şübhə etmək üçün əsas ola biləcək bir hökumətə rəhbərlik etmək istəmirəm".

Eyni zamanda, o, parlamentin spikeri Andreas Norlenə hələ də birpartiyalı sosial-demokratlar kabinetinə rəhbərlik etməkdə maraqlı olduğunu bildirib:

“Hər hansı partiya hökuməti tərk etmək qərarına gələrsə, koalisiya hökuməti istefa verməlidir. Parlamentdəki vəziyyət dəyişməsə də, biz yenidən səs verməliyik”.

Çərşənbə günü Ətraf Mühitin Mühafizəsi Partiyası (ƏMMP) parlamentin hökumətin büdcə layihəsinə səs verməməsi ucbatından azlıq koalisiyasından çıxdığını elan edib. Mötədil Koalisiya, Xristian Demokrat Partiyaları və “İsveç Demokratları”nın müxalifət layihəsi səs çoxluğu ilə dəstəklənib.

Parlamentin spikeri Andreas Norlen ona ƏMMP-nin iştirakı ilə hökumətin qurulmasını tapşırıb.

Baş nazir bir neçə saatlıq iqtidardan sonra istefa verdi