"Barselona" "Benfika"ya, "Bavariya" "Dinamo"ya qarşı

"Barselona" "Benfika"ya, "Bavariya" "Dinamo"ya qarşı

"Barselona" "Benfika"ya, "Bavariya" "Dinamo"ya qarşı

Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start veriləcək. İlk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçiriləcək. 

Polemika.az xəbər verir ki, E qrupunda pley-offa vəsiqəni ötən tur təmin etmiş "Bavariya" Ukraynada "Dinamo"nun qonağı olacaq. "Barselona" isə İspaniyada "Benfika"nı qəbul edəcək. Kataloniya təmsilçisi qalib gələcəyi halda, qrupdan çıxan 2-ci komanda olacaq.

F qrupunda "Mançester Yunayted"i İspaniyada "Vilyarreal"la qarşılaşacaq. Qrupun digər matçında "Atalanta" İsveçrədə "Yanq Boyz"u sınağa çəkəcək. Əgər "Atalanta" xal itirsə, "Vilyarreal" - "Mançester Yunayted" görüşünün qalibi sona 1 tur qalmış adını növbəti tura yazdıracaq.

G qrupunun lideri "Zaltsburq" Fransada "Lill" ilə üz-üzə gələcək. Qonaqlar rəqibini məğlub edəcəyi təqdirdə, vaxtından əvvəl pley-offa vəsiqə əldə edəcək. "Sevilya" isə evdə "Volfsburq" ilə münasibətlərinə aydınlıq gətirəcək. La Liqa təmsilçisi qrupdan çıxma şanslarını saxlamaq üçün uduzmamalıdır.

H qrupunda "Çelsi" də pley-offa vəsiqəni təmin edə bilər. Bunun üçün London klubu evdə Turin təmsilçisinə məğlub olmamalıdır. Qrupun digər oyununda Rusiya "Zenit"i İsveçdə "Malmö" ilə qarşılaşacaq. Sankt-Peterburq klubu qələbə qazanacağı halda, meydan sahiblərinin qrupda qalması rəsmiləşəcək. Qonaqlar isə ən pis halda Avropa Liqasının pley-offunda mübarizə aparmaq hüququ qazanacaq.

UEFA Çempionlar Liqası

Qrup mərhələsi, 5-ci tur

23 noyabr

E qrupu

21:45. "Dinamo" (Kiyev, Ukrayna) - "Bavariya" (Almaniya)

00:00. "Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya)

1

Bavariya

4

4

0

0

17

2

12

2

Barselona

4

2

0

2

2

6

6

3

Benfika

4

1

1

2

5

9

4

4

Dinamo Kiyev

4

0

1

3

0

7

1

F qrupu

21:45. "Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə)

00:00. "Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya)

1

Mançester Yunayted

4

2

1

1

8

7

7

2

Villarreal

4

2

1

1

9

5

7

3

Atalanta

4

1

2

1

7

7

5

4

Yanq Boyz

4

1

0

3

3

8

3

G qrupu

00:00. "Lill" (Fransa) - "Zaltsburq" (Avstriya)

00:00. "Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya)

1

Zalzburq

4

2

1

1

7

5

7

2

Lill

4

1

2

1

3

3

5

3

Volfsburq

4

1

2

1

4

5

5

4

Sevilya

4

0

3

1

3

4

3

H qrupu

00:00. "Malmö" (İsveç) - "Zenit" (Rusiya)

00:00. "Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya)

1

Yuventus

4

4

0

0

9

2

12

2

Çelsi

4

3

0

1

6

1

9

3

Zenit

4

1

0

3

6

6

3

4

Malmö

4

0

0

4

0

12

0

Qeyd edək ki, "Bavariya" və "Yuventus"la yanaşı, İngiltərənin "Liverpul" və Niderlandın "Ayaks" klublarının da pley-offa adlaması dəqiqləşib.

 

 

 

"Barselona" "Benfika"ya, "Bavariya" "Dinamo"ya qarşı