Baloğlan Əşrəfovdan Orduya dəstək: “Əsgərlərimizə qurban olum“

Baloğlan Əşrəfovdan Orduya dəstək:   “Əsgərlərimizə qurban olum“
27 Okt 2020 13:40
92

Azərbaycan Silahlı Qüvvələri sentyabrın 27-dən genişmiqyaslı əks hücuma keçərək Ermənistanın işğal altında saxladığı bir çox yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, o cümlədən Murovdağ zirvəsini, Hadrut qəsəbəsini, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini azad edib. 

Məsələ ilə bağlı Yenisabah.az-a danışan Əməkdar artist Baloğlan Əşrəfov ordumuzun bir aylıq fəaliyyətini yüksək qiymətləndirib:

“Azərbaycan Ordusunda vuruşanlara qurban olum. Onlar mənim Vətənimin igid balalarıdır. Əllərindən nə gəlirsə edirlər. İndi əvvəlki dövr deyil, indi texnika əsridir. Bu bir ay ərzində nəyi bacardılarsa ediblər, mən ordumuzdan yerlə göy qədər razıyam, fəxr edirəm ki, Azərbaycanın belə ordusu var. Hər şey qaydasındadır, hələlik hər şey yaxşı gedir. İnşallah, bundan sonra da yaxşı gedər. Əsas odur ki, ordumuzun başında Ali Baş Komandan dayanır, İlham Əliyev kimi bir siyasətçi ordudadır. Buna görə hər şey yaxşı olacaq”.

Sənətçi gedən proseslərin tam vaxtında başladıldığını qeyd edib:

“İndi vəziyyət başqadır. Bəlkə də bundan əvvəl olsaydı deyərdim ki, “Elə olacaq, belə olacaq və s.” Ancaq indi dövlət başçısı hər şeyi ölçüb-biçib, bilir ki, bu məqamda hansı işləri görmək lazımdır. Ordakılar böyük insanlardır, onların dünyagörüşləri, təcrübələri var, başa düşürlər ki, nə zaman nəyi eləmək lazımdır. Yüz faiz razıyam ki, tam məqamında bu proseslərə başlayıblar. Orada vuruşanların hamısına salamımı yetirirəm, İnşallah sağ-salamat qayıtsınlar, biz onların qulluğunda yerlə göy qədər dayanarıq”.  

Əsmətxanım

Oxşar xəbərlər