Kriminal
22 Yan 2021 09:50
Bakıda zəncirvari qəza oldu
Bu gün səhər saatlarında paytaxtın Zığ-Hava limanı yolunda yolun hər iki istiqamətində zəncirvari qəza baş verib.
Bu barədə “Yeni Sabah”a Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, gecə saatlarından qeyd olunan yolda buz bağlama ehtimalını nəzərə alaraq sürət həddi 60 km/saata qədər endirilib.
"Hazırda bəzi istiqamətlərdə yolun buz bağlamasını nəzərə alaraq bir daha sürücülərdən ehtiyatlı olmalarını və meteoroloji amilləri nəzərə alaraq sürət həddinə əməl etmələrini xahiş edirik", - deyə qurum bəyan edib.