Bakıda ürəyindən bıçaqlanan 22 yaşlı gənc öldü

Bakıda ürəyindən bıçaqlanan 22 yaşlı gənc öldü

Bakıda ürəyindən bıçaqlanan 22 yaşlı gənc öldü

Sabunçu rayonunda qətl hadisəsi baş verib.

Polemika.az-ın APA-ya istinadla məlumatına görə, hadisə “Komsomol dairəsi” kimi tanınan ərazidə baş verib.

2000-ci il təvəllüdlü Əliyev Fərid Şahvələd oğlu və onun dostu Əliyev İrşad İlqar oğlu naməlum şəxslərlə əlbəyaxa dava zamanı bıçaqlanıb. Bıçaq zərbəsi F.Əliyevin ürəyinə tuş gəldiyi üçün o hadisə yerində ölüb. Yaralı İ.Əliyev xəstəxanaya çatdırılıb. 

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət işi başlanılıb. 

Bakıda ürəyindən bıçaqlanan 22 yaşlı gənc öldü