Bakıda narkotik alverçiləri tutuldu - Video

Bakıda narkotik alverçiləri tutuldu

Bakıda narkotik alverçiləri tutuldu - Video

Xəzər Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri silsilə əməliyyatar nəticəsində Zirə və Türkan qəsəbələrində narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslər saxlanılıblar. 

Daxili İşlər Nazirliyindən (DİN) Polemika.az-a verilən məlumata görə, Zirə qəsəbəsində yaşayan İsrafil Hüseynovun narkotik vasitələrin satışı ilə məşğul olması barədə daxil olan əməliyyat məlumatı yoxlanılan zaman fakt öz təsdiqini tapıb. Polislər həmin şəxsi saxlayaraq üzərinə və yaşadığı evin həyətindəki istixanaya baxış keçirən zaman ümumi çəkisi 10 kiloqram olan heroin, marixuana və metamfetamin aşkar edilib.

Qeyd edək ki, İsrafil Hüseynov əvvəllər də narkotik vasitələrin satışı ilə məşğul olduğu  üçün məhkum edilib.

Həmin şəxs ifadəsində narkotik vasitələri sosial şəbəkələrdə tanış olduğu xarici ölkələrdən birində yaşayan narkotacirlərdən onlayn yolla Zirə və ətraf qəsəbələrdə satmaq məqsədi ilə əldə etdiyini bildirib.  Keçirilən əməliyyat-texniki tədbirlərlə İsrafil Hüseynovun həmin narkotacirlə olan əlaqəsi və onun narkokuryerlik etmək təklifinə razılıq verməsi tam sübuta yetirilib.

Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının Türkan qəsəbəsində həyata keçirdikləri digər bir əməliyyat zamanı da qeyd edilən ərazidə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan Baba Pənahov saxlanılıb. Onun üzərinə və evinə baxış keçirilən zaman 1 kiloqramdan artıq heroin aşkar olunub. 

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəzər  rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri davam etdirilir.

Bakıda narkotik alverçiləri tutuldu - Video