Bakıda mənzildə meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlandı

Bakıda mənzildə meyit aşkarlandı

Bakının Yasamal rayonunda meyit aşkarlanıb.

Polemika.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Yasamal rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1939-cu il təvəllüdlü Musayev Arif Sadıx oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Bakıda mənzildə meyit aşkarlandı