Bakıda məktəb direktoru karantinə alındı

Bakıda məktəb direktoru karantinə alındı

Bakıda məktəb direktoru karantinə alındı

Bakı şəhəri 224 nömrəli tam orta məktəbin direktoru COVID-19 infeksiyasına yoluxmuş şəxslə təmasda olduğu üçün 14 günlük karantinə cəlb edilib.

Polemika.az xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, məktəb hazırda fəaliyyətini əyani formada davam etdirir.

"Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur" - deyə məlumatda qeyd olunub.

 

 

Bakıda məktəb direktoru karantinə alındı