Bakıda maska taxılması ilə bağlı reydlər başladı

Bakıda maska taxılması ilə bağlı reydlər başladı
25 İyn 2020 19:25
534

Bu gündən avtobuslara maskasız daxil olmaq qadağan edilib. Qərarın qüvvəyə mindiyi ilk gün ayrı-ayrı dayanacaqlarda avtobusa maskasız daxil olmaq istəyən sərnişinlər müşahidə edilib.

Polemika.az xəbər verir ki, bunu Oxu.Az-ın sorğusuna cavab olaraq, Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev deyib. O bildirib ki, sürücülərin tövsiyəsindən sonra həmin sərnişinlər maska istifadə ediblər:

“Bununla yanaşı, sürücülərin maskasız sərnişinlərə qarşı biganə yanaşması halı da müşahidə edilir. Bununla bağlı toplanan məlumatlar əsasında BNA tərəfindən reydlər keçirilir. Bütün hallar qeydə alınır və analiz edilir. Qarşıdakı günlərdə qərarın icrasına nəzarət tədbirləri də gücləndiriləcək”.

Oxşar xəbərlər