Bakıda hoteldə baş verən yanğın söndürüldü - Yenilənib

Bakıda hoteldə baş verən yanğın söndürüldü - Yenilənib

Bakıda hoteldə baş verən yanğın söndürüldü - Yenilənib

Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində otelin dam örtüyündə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Polemika.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nərimanov rayonu, Teymur Əliyev küçəsində otelin dam örtüyündə yanğın olması barədə məlumat daxil olub.

Polemika.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində operativ və təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Əlavə məlumat veriləcək.

Bakıda hoteldə baş verən yanğın söndürüldü - Yenilənib