Bakıda bu evlərin qiyməti bahalaşıb

Bakıda bu evlərin qiyməti bahalaşıb

Bakıda bu evlərin qiyməti bahalaşıb

Ötən ay Bakıda fərdi yaşayış və bağ evlərinin qiyməti bahalaşıb.

Polemika.az xəbər verir ki, qeyd oluna müddət ərzində Bakıda fərdi yaşayış və bağ evlərinin qiymətində 1,10 faiz artım qeydə alınıb. İl ərzində isə artım 12,12 faiz təşkil edib.

Bahalı evlərin bir kv.m-nin qiyməti 1701 manat, orta qiymətə evlərin 978 manat, ucuz evlərin qiyməti isə 545 manat təşkil edib.

Bahalı evlərin qiyməti yanvar ayında 2,04 faiz, orta qiymətə evlərin 1,03 faiz, ucuz evlərin qiyməti isə 2,64 faiz bahalaşıb. İl ərzində isə artım bahalı evlərdə 3,03 faiz, orta qiymətə olan evlərdə isə 0,41 faiz təşkil edib. Ucuz evlərin qiymətində isə 5,38 faiz ucuzlaşma müşahidə edilib./Trend

Bakıda bu evlərin qiyməti bahalaşıb