Bakıda avtomobil vuran 40 yaşlı kişi ağır xəsarət aldı

Bakıda avtomobil vuran 40 yaşlı kişi ağır xəsarət aldı

Bakıda avtomobil vuran 40 yaşlı kişi ağır xəsarət aldı

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Polemika.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. Babək prospektində yolu keçən 1981-ci il təvəllüdlü Aslanov Nəsimi Nağı oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Yaralı reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır./Report

Bakıda avtomobil vuran 40 yaşlı kişi ağır xəsarət aldı