Bakıda avtomobil ahıl qadını vuraraq hər iki ayağını sındırdı

Bakıda avtomobil ahıl qadını vuraraq hər iki ayağını sındırdı

Bakıda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenisabah.az xəbər verir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Yolu keçən 1965-ci il təvəllüdlü Eyvazova Səriyyə Nurməmməd qızını avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ baldır və sol budun sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.  /Report