Bakı metrosunda nə baş verib? - Sıxlıq yarandı

Bakı metrosunda nə baş verib? - Sıxlıq yarandı

Bakı metrosunda nə baş verib? - Sıxlıq yarandı

“Bakı Metropoliteni” QSC metroda baş verən qatarların gecikməsi halı ilə bağlı açıqlama verib.

Polemika.az xəbər verir ki, Qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu gün saat 18:37-də “Həzi Aslanov – Dərnəgül” xətti ilə hərəkət edən qatar nasazlıq səbəbilə “Nizami” stansiyasından depoya göndərilib.

O, həmçinin qeyd edib ki, sərnişinləri “Nizami” stansiyasında düşürüldükdən sonra depoya göndərilən qatarın əvəzinə ehtiyat qatar xəttə buraxılıb.

Qeyd edək ki, bu gün axşam saatlarında sözügedən istiqamətdə qatarların gecikməsi sərnişin sıxlığına səbəb olub.

Bakı metrosunda nə baş verib? - Sıxlıq yarandı