Bakı metrosunda nə baş verib? - Rəsmi açıqlama

Bakı metrosunda nə baş verib?

Bakı metrosunda nə baş verib? - Rəsmi açıqlama

Bakı metrosunda qatarların hərəkətində yubanma olub.

Polemika.az xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC açıqlama yayıb.

Bildirilib ki, Yaşıl xətt üzrə “28 May-Nizami” mənzili boyunca hərəkət edən qatarın maşinist kabinasında qapıların avtomatik bloklayıcı siqnalı işə düşüb, bu səbəbdən maşinist qatarı saxlayaraq, idarəetmə panelinə siqnalın daxil olduğu 3-cü vaqonun müvafiq qapısına baxış keçirib:

“Hər hansısa problem olmadığını müəyyən etdikdən sonra yenidən yoluna davam edib. Bunun nəticəsində iki qatar arası intervalda 6 dəqiqəyə yaxın fərq yaranıb və yubanma olub. Fərq yalnız iki qatar arasında yarandığından qısa müddət ərzində interval fərqi aradan qaldırılacaq”, - QSC-dən bildirilib.

Qeyd edilib ki, vaqonun qapısına sərnişinin müdaxilə etməyə cəhd göstərməsi səbəbindən idarəetmə panelində qapı bloklayıcısının siqnalı işə düşüb. Bununla bağlı müvafiq qaydada texniki araşdırma aparılmasına başlanılıb.

Bakı metrosunda nə baş verib? - Rəsmi açıqlama