Dünya
21 Yan 2021 15:30
Bağdadda baş verən partlayışda 28 nəfər həyatını itirdi
Bağdadda baş verən partlayışın təfərrüatları məlum olub.
Yenisabah.az xəbər verir ki, mərkəzdə ardıcıl olaraq baş verən iki partlayış nəticəsində 28 nəfər həyatını itirib, 73 nəfər isə yaralanıb.
Həmçinin partlayışın əks olunduğu görüntülər də meydana çıxıb. İraq hökümətinin tabeliyində olan Bağdad Əməliyyatlar Komandanlığı tərəfindən verilən yazılı açıqlamada hadisənin Tayaran Meydanında baş verdiyi vurğulanıb. Rəsmilər yaralıların əksəriyyətinin vəziyyətinin ağır olduğunu və bölgəyə maddi zərər dəydiyini diqqətə çatdırıb. Hadisənin kim tərəfindən törədildiyi hələ ki məlum deyil.