“Azəriqaz” sayğacları yoxlamadan keçirəcək

“Azəriqaz” sayğacları yoxlamadan keçirəcək

“Azəriqaz” sayğacları yoxlamadan keçirəcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin növbəti “Açıq qapı” aksiyası 18 mart saat 12:00-da Birliyin Metrologiya Departamentində (Nizami rayonu, Oktay Əliyev 72) keçiriləcək.

Polemika.az xəbər verir ki, "Azəriqaz” İB yanında İctimai Şura sonradan ödənişli (mexaniki) sayğacların sərfiyyatının artıq yazması ilə bağlı şikayətlərin daxil olduğunu bildirib. Bu səbəbdən Birlik bir qrup müraciət edən abonentlərin sayğaclarının laboratoriyada yoxlanışını təmin edəcək. "Açıq qapı" aksiyası çərçivəsində bu prosesi izləmə imkanınız olacaq. Hər bir media qurumu, QHT nümayəndəsi və sosial şəbəkə fəalları (blogger) bu tədbirə dəvətlidir.

Aksiya Feysbuk sosial şəbəkəsi üzərindən canlı yayımlanacaq.

“Azəriqaz” sayğacları yoxlamadan keçirəcək