Azərbaycanlılar erməni mediasının "tor"una düşür? - "Onların əsas məqsədi..."

Azərbaycanlılar erməni mediasının "tor"una düşür?

Azərbaycanlılar erməni mediasının "tor"una düşür? - "Onların əsas məqsədi..."

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev media nümayəndələrindən erməni mətbuatından edilən istinadların kifayət qədər minimuma endirilməsini tövisyyə edib. Erməni mənbələrindən yayılan məlumatların çox hissəsi, həqiqətən, dezinformasiya olur və Azərbbaycan oxucularında çaşqınlığa səbəb olur.

Erməni mətbuatından hansı bilgiləri götürmək lazımdır?

Onların "tor"una düşməmək üçün nələri etməliyik?

Erməni mətbuatına istinad necə olmalıdır?

Polemika.az-la fikirlərini bölüşən “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı bildirib ki, ilk növbədə, erməni qaynaqları ilə ehtiyatlı davranmaq lazımdır:

“Xüsusən də, rusdilli versiyalarla. Onlar bilirlər ki, Azərbaycan mətbuatı Ermənistan mediasını izləyir. Bu mənbələrə həmişə şübhəli yanaşılmalıdır və bir neçə erməni qaynağında paralellər aparmağa ehtiyac var”.

Baş redaktor onu da vurğulayıb ki, bu məsələdə ən düzgün üsul erməni dilini bilən jurnalistlərin ermənidilli media seqmentindəki informasiyaları izləməsidir:

“Məsələn, Ermənistan mediası əsas nəyi dövriyyəyə buraxır? Rusiya-Azərbaycan, eləcə də İran-Azərbaycan münasibətlərinə çox ciddi zərər vurmağa çalışırlar.

İkinci tərəfdən, bəzən rəsmi informasiya strukturlarımız informasiyanı gec verir. Ona görə fə, çox zaman da biz tora düşürük.

Buna görə də, ilk növbədə, çalışmaq lazımdır ki, bizim rəsmi qaynaqlarımızda informasiya bolluğu olsun və operativ şəkildə bu informasiyalar jurnalistlərə ötürülsün ki, həmin informasiyalar emal olunsun və cəmiyyətə çatdırılsın.

Düşünürəm ki, ehtiyatlı olmaq lazımdır. Əlbəttə, Ermənistan KİV-ni xəbər qaynağına çevirməməyimiz üçün ilk növbədə, xəbər qaynaqlarımız fəal olmalıdır, sosial mediada bu işi daha operativ və daha tez həyata keçirə bilərik. Yəqin ki, öz xəbər siyasətimizdə daha etibarlı olan rəsmi qaynaqlara istinad edə bilərik.

Hikmət Hacıyevin dediyi məsələlər aktual və gündəmdədir, eləcə də doğru yanaşmadır. Mən agentliklərin bir qismini qoyuram kənara, lakin bəzi saytların informasiya yükünə nəzər yetirsək, görərik ki, Hikmət Hacıyev doğru deyib. Sadəcə bunu aradan qaldırmaq üçün rəsmi xəbər qaynaqları davamlı şəkildə infromasiyanı istehsal və emal etməli, eləcə də cəmiyyətə ötürməlidir ki, əlavə nələrəsə ehtiyac qalmasın”, - A.Aşırlı deyə qeyd edib.

Rafi MÜSLÜMOV

Azərbaycanlılar erməni mediasının "tor"una düşür? - "Onların əsas məqsədi..."