"Azərbaycanlı deputatlarla Qarabağ məsələsini müzakirə etdik" - Karapetyan

"Azərbaycanlı deputatlarla Qarabağ məsələsini müzakirə etdik" - Karapetyan

"Azərbaycanlı deputatlarla Qarabağ məsələsini müzakirə etdik" - Karapetyan

““AVRONEST” Parlament Assambleyasının Siyasi Komitəsinin iclasının gündəliyinə “Cənubi Qafqazda təhlükəsizlik” məsələsi daxil edilib və bu iclas çərçivəsində Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub”.

Polemika.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin “AVRONEST” Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mariya Karapetyan bildirib.

“Burada Dağlıq Qarabağ münaqişəsi də müzakirə olunub. Mütəxəssislər onlayn olaraq bizə qoşuldular. Erməni ekspertlər isə zalda idi, Azərbaycandan olan ekspert onlayn rejimdə konfransa qoşuldu. Ondan sonra isə erməni deputatlar, demək olar ki, bütün nümayəndə heyətimiz və azərbaycanlı deputatlar birlikdə fikir mübadiləsi apardıq.

Avropalı tərəfdaşlarımız öz mövqelərini bildirdilər. Mən burada Avropa Parlamentinin Cənubi Qafqaz üzrə nümayəndəsi Marina Kalyurandın mövqeyini çox mühüm hesab edirəm. Bu gün o, müharibənin münaqişənin həlli vasitəsi olmadığını, Dağlıq Qarabağ münaqişəsinin hələ də tam, hərtərəfli, danışıqlar yolu ilə, sülh yolu ilə həllini almadığını təsdiqləyib", - deyə Karapetyan vurğulayıb.

 

"Azərbaycanlı deputatlarla Qarabağ məsələsini müzakirə etdik" - Karapetyan