Azərbaycanın U-19 yığması seçmə mərhələyə məğlubiyyətlə başladı

Azərbaycanın U-19 yığması seçmə mərhələyə məğlubiyyətlə başladı

Azərbaycanın U-19 yığması seçmə mərhələyə məğlubiyyətlə başladı

Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində mübarizə başlayıb.

Polemika.az xəbər verir ki, Elxan Abdullayevin baş məşqçi olduğu kollektiv 8-ci qrupdakı ilk matçında Belçika yığması ilə qarşılaşıb. Lüksemburqun Vilts şəhərindəki "Poetz" stadionunda keçirilən görüş rəqibin 5:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan millisinin heyətində yeganə qolu 27-ci dəqiqədə Mahmud Ağayev vurub. Qonaqlardan Yohan Bakayoko, Tur Rommens, Mario Stroykens, Luka Oyen fərqləniblər. Digər qolu isə Süleyman Damadayev öz qapısından keçirib.

Qeyd edək ki, yığma növbəti oyununu noyabrın 16-da meydan sahibi olan Lüksemburqa qarşı keçirəcək./Report

Azərbaycanın U-19 yığması seçmə mərhələyə məğlubiyyətlə başladı