Azərbaycanın keçmiş deputatı 2 milyardlıq otelini istifadəyə verdi

Azərbaycanın keçmiş deputatı 2 milyardlıq otelini istifadəyə verdi

Azərbaycanın keçmiş deputatı 2 milyardlıq otelini istifadəyə verdi

Rusiyanın Jeleznovodsk şəhərində Qafqaz Mineral Sularının ən iri sağlamlıq mərkəzlərindən biri olan beşulduzlu “İstoçnik Jeleznovodsk” sanatoriya tipli oteli açılıb. 

“Polemika.az” xəbər verir ki, sanatoriya şəhərin mərkəzində, yarımqəzalı vəziyyətdə olan binanın yerində üç il ərzində tikilib başa çatdırılıb. Otelin tikintisinə və üümumilikdə layihəyə 2 milyard rubla yaxın pul xərclənib. 

Stavrapol qubernatorunun mətbuat xidmətinin informasiyasında deyilir ki, sanatoriya xarici investisiya hesabına tikilib, investor isə Azərbaycan şirkətidir. Açılış mərasimində layihənin investoru Əsabil Qasımov (azərbaycanlı biznesmen-oliqarx, keçmiş deputat)  və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu iştirak edib.

Əsabil Qasımov 2016-ci ildə Yessentukidə 1.5 milyard rubl investisiya hesabına 400 yerlik “İstoçnik” sanatoriyasını da açmışdı.

 

Azərbaycanın keçmiş deputatı 2 milyardlıq otelini istifadəyə verdi