Azərbaycanın İranla ticarəti: Rəqəmlər açıqlandı

Azərbaycanın İranla ticarəti: Rəqəmlər açıqlandı

Azərbaycanın İranla ticarəti: Rəqəmlər açıqlandı

İranın 15 qonşu ölkə ilə ticarət dövriyyəsi yaxın dörd ildə 35 milyard dollardan 70 milyard dollara artacaq.

Polemika.az IRNA-ya istinadla xəbər verir ki, bu barədə İslam Respublikasının sənaye, dağ-mədən və ticarət naziri Reza Fatemi Əmin məlumat yayıb.

Onun sözlərinə görə, İbrahim Rəisi administrasiyası yaxın qonşularla əlaqələri genişləndirərək idxal-ixrac əməliyyatlarını 37 faizdən 52 faizə, yəni 22 milyard 588 milyon dollaradək (47 milyon ton) artırmağa ümid edir.

"Statistikaya görə, İraq - 3 milyard 840 milyon, Türkiyə - 2 milyard 308 milyon, BƏƏ - 2 milyard 243 milyon, Əfqanıstan - 999 milyon, Pakistan - 544 milyon dollarla İran mallarının ixrac edildiyi ilk beş ölkə sırasındadır. Rusiya - 277 milyon, Oman - 270 milyon, Azərbaycan Respublikası - 212 milyon, Ermənistan - 156 milyon, Türkmənistan - 145 milyon, Qazaxıstan - 80 milyon, Qətər - 75 milyon, Küveyt - 65 milyon, Bəhreyn - 3 milyon və Səudiyyə Ərəbistanı - 39 min dollarla növbəti sıraları tutur.

Həmçinin, idxalı sahəsində BƏƏ - 7 milyard 305 milyon, Türkiyə - 2 milyard 435 milyon, Rusiya - 639 milyon, İraq - 499 milyon və Oman - 270 milyon beş əsas tədarükçü ölkədir. Sonrakı yerləri Pakistan, Qazaxıstan, Azərbaycan Respublikası, Türkmənistan, Ermənistan, Küveyt, Əfqanıstan, Qətər və Bəhreyn tutur.

Azərbaycanın İranla ticarəti: Rəqəmlər açıqlandı