Azərbaycanda yoluxanların sayı yenə artdı - 14 nəfər öldü

Azərbaycanda yoluxanların sayı yenə artdı

Azərbaycanda yoluxanların sayı yenə artdı - 14 nəfər öldü

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1156 yeni yoluxma faktı qeydə alınıb, 1739 nəfər müalicə olunaraq sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Polemika.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 14 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 607076 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 580495 nəfər müalicə olunaraq sağalıb, 8137 nəfər vəfat edib, aktiv xəstə sayı 18444 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 11848, ötən müddət ərzində isə ümumilikdə 5706189 test aparılıb.

Azərbaycanda yoluxanların sayı yenə artdı - 14 nəfər öldü