Azərbaycanda tanınmış kino xadimi vəfat etdi - Foto

Azərbaycanda tanınmış kino xadimi vəfat etdi

Azərbaycanda tanınmış kino xadimi vəfat etdi - Foto

Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, kino təşkilatçısı, prodüser Aydın Abdullayev vəfat edib.

Polemika.az xəbər verir ki, bu barədə Azərbaycan  Kinematoqrafçılar İttifaqı məlumat yayıb. A.Abdullayev 7 iyun 1951-ci ildə Bakıda anadan olub. 1972-1977-ci illərdə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1975-ci ildən ömrünü kino həsr edərək kino sahəsində çalışmağa başlayıb. Film inzibatçısı, animasiya sexinin inzibatçısı, sex rəisi, kino salnaməsi sexinin rəisi vəzifələrində çalışıb.

1993-1994-cü illərdə “Azərbaycanfilm” kinostudiyasında direktor müavini, direktor əvəzi, 1994-2000-ci illərdə “Azərbaycanfilm” kinostudiyasının nəzdində fəaliyyət göstərən, əsasən cizgi filmləri istehsal edən “Azanfilm” kinostudiyasının direktoru olub.

Azərbaycanda tanınmış kino xadimi vəfat etdi - Foto