Azərbaycanda seks niyə əxlaqsızlıq kimi qəbul edilir?

Azərbaycanda seks niyə əxlaqsızlıq kimi qəbul edilir?

Azərbaycanda seks niyə əxlaqsızlıq kimi qəbul edilir?

Ötən günlərdə belə bir xəbərlə qarşılaşdıq. Taksi sürücüsü müştəri xanıma “əxlaqsız” təklif etdiyinə görə, polisə dəvət olunub. Bunun hansı nöqtəsində əxlaqsızlıq olması isə, bir başqa məna daşıyır. Doğrudur, bu heç kimə haqq vermir ki, hansısa qadını narahat etsin, amma nədənsə, bizdə hər şeyi ictimailəşdirmək xəstəliyi deyilən bir şey var deyə, sonda bu məsələlər sosial şəbəkələrdə ictimai qınağa səbəb olur. 

Biz nədənsə, əxlaq anlayışındakı tabuları sındıra bilməmişik. Bizə görə seks, sevişmə, insanın məhrəmiyyəti əxlaqsızlıqdır. Yaxşı, bəs, onda bu qədər insan necə dünyaya gəlib? Təbii seleksiya ilə, yoxsa cinsi münasibətlə...

Bir sözlə, əxlaq anlayışının əsas məğzi nədir?

Seks niyə əxlaqsızlıq kimi qəbul edilir?

Suallarımızı cavablandıran psixoloq Vəfa Rəşidova deyib ki, ortada bir məqam var:

“Bunun tibbi tərəfi soruşursunuzsa, cavab verə bilərəm, amma bəzən olur ki, seksual mövzular, seksual xarakterli paylaşımlar, videolar və s. mən onu məhrəmiyyət kimi qəbul edirəm. Nə olsun ki, psixoloqam? Mən də bunları məhrəmiyyət kimi qəbul etdiyimə görə, bu barədə beş əlli sizə cavab verə bilməyəcəm.

Amma ki, tibbi, yəni seksual tərəflərinə gəldikdə isə, məsələn, ailə daxili münasibətlərdən qaynaqlanan seksual problemlər varsa və biz bundan danışırıqsa, bunu əxlaqsızlıq kimi qəbul edən insanları, qınamaq lazımdır”.

Psixoloq onu da vurğulayıb ki, bu tibbdir və bu mövzuda o qədər əziyyət çəkən, məlumatı olmayan insanlar var ki:

“Biz bunlara bu şəkildə rəy bildirməliyik. Çünki bu, bizim üzərimizə düşür. Pasiyentlərimiz yaxınlaşanda və o mövzular olarsa, biz onsuz da açıqlama veririk pasiyentin özünə. Amma bunu müsahibə formasında və yaxud da ki, qəzetdə və ya saytda bir tərəfin danışmağına heç bir pis şey görmürəm. Bu elmdir, amma yenə də bu paylaşımlar var ki, hansı ki, çox yersizdir və nə tibblə, nə də elmlə bağlı deyil, mən özüm də onu dəstəkləyə bilmərəm.

Düzdür, əxlaqsızların müxtəlif formaları var və siz də bunu qeyd etdiniz, amma bu ona dəlalət etmir axı o şəxs o şəkildə əxlaqsızlıq edir və bu normal sayılmalıdır.

Mən geridə qalmış insan deyiləm. Mən öz zamanıma çətin də olsa, uyğunlaşmağı bacarıram. Peyğəmbərdən də bir hədis var ki, “zamanınıza görə yaşayın, zamana uyun”. Doğrudur, bu zamanda çox çətindir. Çünki bir gün belə özünü inkişaf etdirməsən, bir gün belə o zamana uymasan geri qalırsan, mənə də belə çətindir, amma mən çalışıram ki, bir yerdə dayanmayım”.

O bildirib ki, bəzi şeylər var ki, bu məhrəmiyyət mövzularına daxildir:

“Məhrəmiyyət mövzuları psixologiyada da var. Hətta psixologiyada məhrəmiyyət mövzuları birinci növ sırada dayanır. Yaxud da ki, buna psixoloji sərhədlər deyirlər və məhrəmiyyət də buna daxil mövzulardır. Həmçinin psixoloji sərhədlər cəmiyyətdə, ailədə, istənilən münasibətlərdə qorunmur deyə, ən böyük problemlərin təməli oradan başlayır.

Buna görə də, hesab edirəm ki, münasibətlərdə psixoloji sərhədlər qorunmalıdır.

Hər kəs öz qəbrinə qoyulacaq. Hər kəsin həyatda öz səhvi, özünə məxsus həyat təcrübəsi var. Biz digərinə baxaraq davrana bilmərik. Məsələn tutaq ki, qonşumuz bunu edirsə, mən niyə bunu etməyim kimi yaşasaq, bu, artıq psixoloji ütopiya olacaq. İnsanlar ütopik vəziyyətə gəlib çıxa bilər. Yəni orada proqressivlikdən söhbət gedə bilməz. Bu düzgün rəqabət olmaz”.

“Tutaq ki, kimsə əxlaqsızlıqla məşğuldur, mən niyə etməyim? Guya mənim etdiyim pisdir ki? Biz buna belə yanaşsaq, bu zaman cahillik dövrünün ən öndə gedən fərdlərindən biri olarıq. Yanaşma bir qədər fərqlidir.

Düzdür, fəlsəfidir, amma təəssüf ki, zamana qısıtlı bir mövzudur, amma bu çox dərin mövzudur və biz bunu elə təqdim etməliyik ki, insanlar doğrudan da həqiqəti başa düşsün. Bəzən elə paylaşımlar olur ki, tutaq ki, mütəxəssis başqa cür deyir, amma təhrif edilmiş paylaşılır və insanlar da onu başqa cür qəbul edirlər.

Sözümün canı budur ki, biz başqasına baxaraq yaşamamalıyıq, biz özümüzü, özümüz olaraq qəbul etməliyik. Məsələn mən Vəfa və yaxud siz. Biz dünənə baxıb, bu günümüzlə hərəkət etməliyik. Nəinki yanındakına baxaraq”, - deyə ekspert fikirlərini tamamlayıb.

Gülnar 

Azərbaycanda seks niyə əxlaqsızlıq kimi qəbul edilir?